Məhkəmə qərarları › İş №3(009)-355/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-355/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-355/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X12 və Təbii Sərvətlər İdarəsinin 25 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X12 və Təbii Sərvətlər İdarəsinin 25 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verililməsi barədə X3 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmiş və həmin Məcəllənin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məlumat üçün bildirmək istərdi ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv daş karyeri adlanan ərazidi “Kamaz” markalı **-BP-*** nömrəli nəqliyyat vasitədən tullantılarını boşaldaraq qalaqlanması kimi deyil, o bir həyətdən torpaqı götürərək başqa adamın həyətinə boşaldıb. O idarə etdiyi maşınla heç bir yerə tullantı boşaltmayıb, ancaq torpaq olub bir həyətdən o biri həyəti boşaldıb. Lakin Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları torpağı tullantı kimi əsassız olaraq öz qərarlarında göstərmişlər. Birtərəfli qərar qəbul edərkən onun iştirakını təmin etməmişlər, ondan həmin məsələ ilə bağlı izahat belə almamışlar. Ümumiyyətlə onun barəsində hər hansı icraat aparılmasından xəbəri belə olmamışdır. İnzibati akt tərtib edən orqan həmin aktın (qərarın) qəbul edilməsini şərtləndirən şəraitin olmasını sübut etməlidir. Həmçinin inzibati protokol tərtib olunarkən ondan izahat alınmalıdır. Azərbaycan Respublikası İXMnin 106.0.6- cı maddəsinin tələblərinə görə işin baxılmasının yeri və tarixi barədə işdə iştirak edən şəxslər məlumatlandırılmalıdır. İXM-nin 112.1.5-ci maddəsinə görə işdə iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur. Qanunvericiliyin tələbinə görə işdə iştirak edən şəxslərə hüquqlarından istifadə etməsinə şərait yaradılmalıdır. 11 X12 və Təbii Sərvətlər İdarəsi işə baxarkən prosessual hüquqlarından istifadə etməkdən onu məhrum etmişdir. Onun barəsində inzibati tənbeh haqqında qərar qəbul olunmuş, ona heç bir məlumat verilməmişdir. Belə ki, o ümumiyyətlə, barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparıldığından xəbərsiz olub. Bu barədə ona heç bir məlumat verilməmiş, hər hansı sənəd təqdim edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından istifadəyə qəsdən imkan yaradılmamışdır. Aşağıdakı əsaslarla inzibati tənbeh vermə haqqında 25 yavnar 2024-cü il tarixli, ******* nömrəli qərarı qanunsuz, əsassız, və qeyri obyektiv hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda hüquqi şəxsin nümayəndəsinin zahatları göstərilməlidir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdu tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Protokol onu tərtib etmiş və hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməyinə dair 11 X12 və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayevin inzibati tənbeh vermə haqqında 25 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli qərarının və həmin qərar əsasında hesablanmış dəbbə pulunun ləğv edilməsini və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X12 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X13 şikayət şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyinin 11 X12 və Təbii Sərvətlər İdarəsinin 25 yanvar 2024-cü il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştiakçısını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X12 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 25 yanvar 2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan foto-şəkillərdən görsənir ki, vətəndaş X2 qəsəbəsi, 3-cü massiv ünvanına tullantıları boşaldan zaman ləntə alınıb. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli aktdan görünür ki, 11 X12 və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən 12 yanvar 2024-cü il tarixdə X6 tərəfindən Badamdar qəsəbəsi, 3-cü massiv ünvanına tullantıları boşaldılaraq qalaqlanmışdır, bununla da dövlət mülkiyyətində olan torpaq sahələrinə genişmiqyaslı ziyan vurulduğu müəyyən edilmişdir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 12 yanvar 2024-cü il tarixdə X6 tərəfindən 02BF786 dövlət qeydiyyat nömrə nişanlı “Kamaz” markal nəqliyyat vasitəsi ilə Badamdar qəsəbəsi, 3-cü massiv ünvanında tullantıları boşaldaraq qalaqlanması nəticədə X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 25 yanvar 2024-cü il tarixli MN ******* saylı qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi iş materialları ilə müəyyən olunur ki, X6 tərəfindən Badamdar qəsəbəsi, 3-cü massiv ünvanına tullantıları boşaldılaraq, yandırıldığı bununlada dövlət mülkiyyətində olan torpaq sahələrinə genişmiqyaslı ziyan vurulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında.Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Departamentinin 11 X12 və Təbii Sərvətlər İdarəsinin 25 yanvar 2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128- 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Departamentinin 11 X12 və Təbii Sərvətlər İdarəsinin 25 yanvar 2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar