Məhkəmə qərarları › İş №3(009)-356/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-356/2022

17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-356/2022 17.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 25.01.2022-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1983-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Toyota Prius minik markalı, 77BS615 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi üzrə iş üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yaranmışdır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin X6 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlindən səmimi peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs əməlində inzibati xətanın tərkibi var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, araşdırma zamanı Şəxs izahatında bildimişdir ki, o “BC” katerqoriyalı sürücülük vəsiqəsi ilə avtomobili idarə edir. 22 dekabr 2021-ci il tarixdə yol vərəqəsi ilə idarə etdiyi "xxxx" MMC-nin “Bolt” taksi şirkətinə məxsus Toyota Prius markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğu zaman Səbail rayonu Mehdi Hüseyn küçəsindən müştərini düşürüb bir qədər irəliyə gedərək Bünyad Sərdarov küçəsində avtomobili dayandırıb sağ yolda hərəkətdə olan avtomobilə yol verib hərəkətinə davam etmək istəyəndə sola dönərkən idarə etdiyi avtomobilin sol güzgüyü toxunan qadını hiss etmiş və qadın onunla kobud danışıb ona iradlarını tutmuşdur.Həmin qadının keçmək istədiyi yerdə heç bir nişan xətləri olmamışdır. Həmin vaxt hava yağışlı olmuş, qadının baş hisəssində kapşonka taxıb qarşısına baxmayaraq onu gözləməyib ehtiyatsızlıqdan toxunmuşdur. Qadınla söhbəti qurtardıqdan sonra sonuncu öz yoluna davam etmişdir. O da öz yoluna davam etmişdir. Daha sonra Şəxs bildirmişdir ki, hadisə zamanı o avtomobildə tək olub, həmin vaxt spirtli içki və psixtrop maddə qəbul etməyib. O qadınla mübahisə etdikdən sonra onun hadisə yerindən uzaqlaşdığını görüb düşünmüşdür ki, qadının xəsarəti olmaz, bu səbəbdən qadına köməklik göstərməmiş və polisə məlumat verməyib oradan getmişdir. Həmin vaxt o dayanmışdır, təzəcə hərəkətə başlayanda surəti 5 km\saat olmuşdur, avtomobilin sol güzgüsünə qadının dəyməsini hiss edib avtomobili dayandırmışdır. Təhlükəni həmin vaxt hiss etmiş, bunun qarşısını almaq üçün heç bir texniki imkanı olmamışdır. İzahatı alınmış X3 bildirmişdir ki, 22 dekabr 2021-ci il tarixdə saat 08 radələrində Covid testi verib evinə qayıdan zaman Səbail rayonu Mehdi Hüseyn küçəsini keçib Bünyad Sərdarov küçəsi ilə hərəkət edən zaman avtomobil sola dönmək istəyən zaman onun ayaqlarının üzərindən keçmişdir. O, həmin sürücüyə etirazını bildirsədə sürücü etinasız yanaşaraq onunla kobud rəftar etmişdir. Sürücü avtomobildən düşməyib hadisədə onu günahlandırmışdır. Arxadan avtomobillər siqnal verdiyi üçün o yoldan çəkilmişdir. Sürücü də yoluna davam etmişdir. O da evinə gedib DİN 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra xəstəxanaya gedib müayinə olunmuşdur. Hazırda özünü normal hiss edir, hadisə ilə bağlı həmin sürücüyə qarşı şikayəti yoxdur. Ona görə DİN 102 xidmətinə vermiş olduğu məlumatın icrasının dayandırılmasını xahiş etmişdir. Məhkəmə-tibbi ekspertizanın 29.12.2021-ci il tarixli 26 nömrəli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, 22.12.2021-ci il tarixində yol nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşının təkərlərinin piyadanın ayaq pəncələri üzərindən keçməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Bununla da aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs 22.12.2021-ci İİ tarixdə saat 08 radələrində yol vərəqəsi ilə idarə etdiyi "xxxx" MMC-nin “Bolt” taksi şirkətinə məxsus Toyota Prius markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Mehdi Hüseyn küçəsi ilə Bünyad Sərdarov küçəsinin kəsişməsində hərəkətdə olarkən piyada qismində yolu keçən X2 yol verməyərək onun ayağının üzərindən keçməklə sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə də sürücü Şəxs həmin hərəkətləri ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 1, 2 və 4-cü bəndləri (nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırma ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini də,, şməməiidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmə "Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir), həmçinin həmin Qanununun 45-ci maddəsinin 1-ci hissəsinin (Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar) tələblərini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə uyğun olaraq Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və 200 (iki yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar