Məhkəmə qərarları › İş №3(009)-357/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-357/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-357/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Səbail rayonu DYPŞ YNH inspektoru polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 16 dekabr 2023-cü il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində “Toyota Prius (Hibrid) minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri inzibati xəta haqqında protokolu tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarındakı digər sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şəxs izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində etibarnaməsiz və sürücülük hüququ olmadan idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ara məsafəsini düzgün seçmədiyi üçün qarşıda hərəkətdə olan Azsamand markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, zərbənin gücündən həmin avtomobil qarşıda dayanan Renault markalı 77CZ 156 dövlət qeydiyyat nişanlı avtomobilin arxasından toxunmuş və nəticədə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı heç bir bədən xəsarəti olmamışdır. İş materiallarında olan X2 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:00da Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində Mili Məclis istiqamətində etibarnamə ilə idarə etdiyi Azsamand markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən “Toyota Prius” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsini düzgün seçmədiyi üçün qabaq ön hissəsi ilə onu avtomobilinin arxa hissədən vurmuş və zərbənin gücündən həmin avtomobil qarşıda dayanan Renault markalı 77CZ 156 dövlət qeydiyyat nişanlı avtomobilin arxasına çırpılaraq maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı heç bir bədən xəsarəti olmamışdır. İş materiallarında olan X1 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:00da Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində Mili Məclis istiqamətində etibarnamə ilə idarə etdiyi Reno markalı 77CZ 156 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən arxada hərəkətdə olan “Toyota Prius” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsini düzgün seçmədiyi üçün Azsamand markalı ** HB *** avtomobili arxa hissədən vurmuş və zərbənin gücündən həmin avtomobil qarşıda dayanan onun avtomobilinə çırpılaraq maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı heç bir bədən xəsarəti olmamışdır. İş materiallarında olan yol nəqliyyat hadisəsi sxemindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində Oxsford məktəbi tərəfdən Mili Məclis istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı dövlət qeydiyyat nişanlı avtomobili qarşıda hərəkət edən Azsamand markalı ** HB *** ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə, o, isə Renault markalı 77CZ 156 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə hesab edir ki, iş materialları və məhkəmə iclasında tədqiq edilməsi sübutlarla Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar