Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-3591/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı Səhiyyə Nazirliyi Hiv/Aids Vərəm və Malariya ilə müb.üzrə Pr.Ləb-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Səhiyyə Nazirliyi Hiv/Aids Vərəm və Malariya ilə müb.üzrə Pr.Ləb-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Səhiyyə Nazirliyi Hiv/Aids Vərəm və Malariya ilə müb.üzrə Pr.Ləb onun mülkiyyətində (istifadəsində) olan “KİA SPORTAGE” (minik) markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində məlumat verməmişdir. Bununla da, Səhiyyə Nazirliyi Hiv/Aids Vərəm və Malariya ilə müb.üzrə Pr.Ləb-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Hazırki işdən isə görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-si tərəfindən Səhiyyə Nazirliyi Hiv/Aids Vərəm və Malariya ilə müb.üzrə Pr.Ləb barəsində xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbu ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin stukturunda Hiv/Aids Vərəm və Malariya ilə müb.üzrə Pr.Ləb adlı hüquqi şəxs fəaliyyət göstərmir. Göründüyü kimi Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-si heç bir fəaliyyət olmayan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Hiv/Aids Vərəm və Malariya ilə müb.üzrə Pr.Ləb hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Hiv/Aids Vərəm və Malariya ilə müb.üzrə Pr.Ləb hüquqi şəxs kimi heç bir fəaliyyəti olmadığından barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 110, 118 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Səhiyyə Nazirliyi Hiv/Aids Vərəm və Malariya ilə müb.üzrə Pr.Ləb-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-3591/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-3591/2020
01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver