Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-36/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X13 qızının katibliyi, protokol tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 192.1 və 460-cı maddələrinə əsasən tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ünvan 1 hüquqi ünvanında yerləşən Şəxs" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 460-cı maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-ni (VÖEN: **********) təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X10 (FİN: 4U8DCZH) MMC-nin Sabirabad rayon şöbəsinin rəisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər — X6, X7, X11, X12, X2, X14, Miriyev Eldəniz Əlövsət oğlu, X3 və X1 2019-cu ilin mart ayından noyabr ayınadək olan dövr ərzində Şəxs MMC-nin Sabirabad rayon şöbəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, nəticədə 631.54 manat məbləğində vergilərin, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta ödənişlərini ödəməkdən yayınmışdır. Belə ki, Baş prokuror yanında Korrupsiaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaqı aparılmış X4 Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 311.3.2, 311.3.2 və 32.4, 312.2ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə sonuncunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə olan cinayət təqibinə xx xxxxxxx 2020-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Şəxs MMC-nin Sabirabad şöbəsinin rəisi vəzifəsində işləmiş X10 verdiyi izahatda adları qeyd olunan şəxsləri əmək müqaviləsi olmadan işə cəlb etdiyini və onların 2019-cu ilin mart ayından noyabr ayına qədər olan müddətdə müxtəlif vaxtlarda MMC-nin Sabirabad şöbəsində mühafizəçi kimi işə çıxdıqlarını bildirmişdir. Şəxs MMC-nin direktoru vəzifəsində işləmiş X16 verdiyi izahatda onun razılığı və dərkənarı ilə MMC-nin Sabirabad şöbəsinin əməkdaşlarının həmin şöbənin rəisi X10 tərəfindən imzalanmış əmrlərlə işə qəbul olunduğunu, adları qeyd edilən 9 nəfər şəxsin əmək müqaviləsi olmadan işlərə cəlb olunmaları barədə məlumatının olmadığını, sonradan Baba Qədirov tərəfindən onların işə cəlb olunduğunu bildirmişdir. Materiala əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli rəyə əsasən, 9 nəfər işçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində X10 cəmi 631.54 manat məbləğində vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta ödənişlərini ödəməkdən yayınmışdır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq barəsində protokol tərtib olunmuş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X17 protokolu müdafiə edərək, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 192.1 və 460-cı maddələri ilə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə görə Az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs MMC əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 460-cı maddələrinin tərkibi olduğuna görə Şəxs MMC daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, 20.000 (iyirmi min) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 460-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyası çərçivəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-36/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-36/2021
17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver