Məhkəmə qərarları › İş №3(009)-360/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-360/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-360/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 08 fevral 2022-ci il tarixli 00100-02804/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X4, ev 3M, mənzil 6, Məhəllə 3126 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına Cİ/2021/02 nömrəli 05.12.2021-ci il tarixli invoys üzrə 24B58310/24B58410 nömrəli yük nəqliyyat vasitəsində idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********6876 sorğu nömrəli 07.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə XİFMN üzrə “**********” alt yarımmövqeyində gömrük orqanına bəyan edilmiş netto çəkisi 25000,00 kq olan “etilen polimerlərindən plastmas tullantıları, qırıntıları” yüklərinin XİFMN kodunun müəyyənləşdirilməsi üçün X3 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200- 015/001-25/006622 nömrəli 14,12.2021-ci il tarixli məktubla BBGİ-yə göndərilmiş sınağ nəticələrinə əsasən Şəxs MMC-nin adına Cİ/2021/02 nömrəli 05.12.2021-ci il tarixli invoys üzrə idxal olunan yükün “Recyling Polyethylene RE 40-H” adlı təkrar emal nəticəsində ilkin formalara gətirilmiş, polietilen (CAS 9002-88-4), piqment və geyri-üzvi birləşmələrinin kütlə payı 1.3% olan, kalsium karbonat (CAS 471-34-1) dolğulu granullar olub XİF MN-ə görə 3901 mal mövgeyində sinifləşdirildiyi aşkar edilmişdir. Araşdırma zamanı İran İslam Respublikası istehsalı olan, 20 kisədə qablaşdırılmış vəziyyətdə 25 000 kq çəkidə “Recyling Polyethylene RE 40-H” adlı təkrar emal nəticəsində ilkin formalara gətirilmiş, polietilen (CAS 9002-88-4), piqment və qeyri-üzvi birləşmələrinin kütlə payı 1.3% olan, kalsium karbonat (CAS 471-34-1) dolğulu qranulların orta bazar qiymətinin müəyyən edilməsi üçün 1400-013/006-24/009056 saylı 15.12.2021-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Həmin Mərkəzin 9/9189 nömrəli 17 yanvar 2022-ci il tarixli ekspert rəyinə əsasən İran İslam Respublikasında istehsal olunmuş, kisələrə qablaşdırılmış “Recyling Polyethylene RE 40-H” adlı təkrar emal nəticəsində ilkin formalara gətirilmiş, polietilen (CAS 9002-88-4), piqment və qeyri- üzvi birləşmələrinin kütlə payı 1.3% olan, kalsium karbonat (CAS 471-34-1) dolğulu qranula xammalının 1 tonunun orta bazar qiymətinin təxminən 2170,00 manat, ümumilikdə 25 tonun (25000 kq) qiymətinin isə 54250,00 manat olduğu müəyyən edilmişdir. İş üzrə Şəxs MMC-nin adına Cİ/2021/02 nömrəli 05.12.2021-ci il tarixli invoys üzrə idxal olunan və **********6876 sorğu nömrəli 07.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş malların XİF MN-ə görə 3901 mal mövqeyində sinifləşdirildiyi və orta bazar qiymətinin 54250,00 manat olduğu nəzərə alınaraq qeyd olunan halın Şəxs MMC tərəfindən ödənilməli olan gömrük ödənişlərinin məbləğinə təsir edib-etmədiyi, təsir etdiyi təqdirdə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Təhqiqat şöbəsinə məlumat verilməsi üçün 34/013/001734 nömrəli 25.01.2022-ci il tarixli raportla Gömrük Əməliyyatları idarəsinə müraciət olunmuş, daxil olmuş 34/012/002669 nömrəli 07.02.2022-ci il tarixli raporta əsasən Şəxs MMC tərəfindən bəyan edilmiş malların XİF MN-ə görə 3901 mal mövqeyində sinifləşdirildiyi və orta bazar qiymətinin 54250,00 manat olduğu təqdirdə **********6876 sorğu nömrəli 07.12.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə gömrük ödənişlərinin yaranmadığı müəyyən edilmişdir. Həmçinin, araşdırma zamanı Şəxs MMC tərəfindən eyni adlı “Recyling Polyethylene RE 40-H” plietilen yükünün eyni göndərən şirkətdən 08.11.2018-ci il tarixdə idxal edildiyi və həmin yüklərin XİFMN üzrə “**********” saylı alt yarımmövqeyində **********0094 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirildiyi, yəni, sonuncu dəfə Cİ/2021/02 nömrəli 05.12.2021-ci il tarixli invoys üzrə idxal olunan malların “etilen polimerlərindən plastmas tullantıları, qırıntıları” deyil, qranula xammalı olduğu barədə Şəxs MMC-nin məlumatlı olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı Şəxs MMC-nin adına Cİ/2021/02 nömrəli 05.12.2021- ci il tarixli invoys üzrə idxal olunan və **********6876 sorğu nömrəli 07.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş malların gömrük orqanına düzgün bəyan edilmədiyi, lakin, qeyd olunan düzgün bəyan etməmə faktının gömrük ödənişlərinin məbləğinə təsir etmədiyi, nəticədə, MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsinin tərkib əlamətləri olduğu aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC-nin ünvanına İİR-dan 24B58310/24B58410 nömrə nişanlı avtomaşında daxil olmuş və **********6876 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirən zaman , Cİ/2021/02 nömrəli 05.12.2021-ci il tarixli invoys üzrə malın kodunun müəyyən edilməsi məqsədilə ilkin ekspertizanın aparılması zərurəti yaranmış və X3 İdarəsinin 2200-015/001-25/006622 saylı 14.12.2021 -ci il tarixli cavab rəyinə əsasən, “Recyling Polyethylene RE 40-H” adlı təkrar emal nəticəsində ilkin formalara gətirilmiş, polietilen (CAS 9002-88-4), piqrnent və qeyri-üzvi birləşmələrinin kütlə payı 1.3% olan, kalsium karbonat (CAS 471-34-1) dolğulu qranullar olub XİF MN-ə görə 3901 mal mövqeyində sinifləşdirildiyi halda, GB-də RECYCLE POLYETHYLENE RE40 adlı Etilen polimerlərinin plastmas tullantıları, qırıntıları ********** kod altında bəyan edilmişdir. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan X3 İdarəsinin 14.12.2021-ci il tarixli məktubundan görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına Cİ/2021/02 nömrəli 05.12.2021 -ci il tarixli invoysun bütün mövqeyi üzrə idxal olunmuş yük “Recyling Polyethylene RE 40-H” adlı təkrar emal nəticəsində ilkin formalara gətirilmiş, polietilen (CAS 9002-88-4), piqment və qeyri-üzvi birləşmələrinin kütlə payı 1.3% olan, kalsium karbonat (CAS 471-34-1) dolğulu qranullar olub XİF MN-ə görə 3901 mal mövqeyində sinifləşdirilir. Nümunənin tərkibində monomerlərin nisbi miqdarını müəyyən etmək mümkün olmadığından alt yarımmövqeyində sinifləşdirilməsi mümkün olmadı və təhlükəli tullantıların siyahısına aid olmadığından heç bir icazə tələb olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2022-ci il tarixli 9/9189 nömrəli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş İİR-da istehsal olunmuş kisələrə qablaşdırılmış, “Recyling Polyethylene RE 40-H” adlı təkrar emal nəticəsində ilkin formalara gətirilmiş, polietilen (CAS 9002-88-4), piqment və qeyriüzvi birləşmənin kütlə payı 1,3% olan, kalsium korbanat (CAS 471-34-1) dolğu qranula xam malın 21.12.2021-ci il tarixə 1 tonunun orta bazar qiyməti təxminən -2170,00 manat, 25 tonu (25000 kq) isə - 54250,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş materiallarında olan Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin adına Cİ/2021/02 nömrəli 05.12.2021-ci il tarixli invoys üzrə idxal olunan və **********6876 sorğu nömrəli 07.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan malların XİF MN-ə görə 3901 mal mövqeyində sinifləşdirildiyi və orta bazar qiymətinin 54250,00 manat olduğu təqdirdə **********6876 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişləri yaranmayacaqdır. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi X2 izahatından görünür ki, İran İslam Respublikasından 25 ton çəkidə təkrar emal olunmuş polietilen granullar yüklərinin idxal olunduğunu, gətirilən malların 7 dekabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********6876 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edildiyini, bəyannamə tərtib edilərkən mallara dair Cİ/2021/02 nömrəli 05.12.2021-ci il tarixli invoys sənədinə istinad edildiyini, həmin invoys sənədində malın kodunun 391510 0000 alt yarım mövgeyində göstərildiyini, buna görə də malların bəyannamədə elə həmin kod altında qeyd edildiyini, idxal edilən malların qırıntılardan təkrar emal olunaraq granul şəklinə gətirilmiş polietilen məhsulları olduğunu, gömrük ekspertizasının rəyi nəticəsində malın 3901 mal mövgeyinə aid olmasının müəyyən edildiyini, gömrük ekspertizası rəyinə heç bir etirazlarının olmadığını, yaranacag bütün gömrük ödənişlərini ödəməyi öz öhdələrinə götürdüklərini bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə -fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 321.3, 321.4-cü maddələrinə əsasən bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün qöstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar