Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-360/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Şəmsi oğlunun iştirakı ilə Şəxs Şəmsi oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şəmsi oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 02 mart 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəmsi oğlu xx.xx.2023-cü il tarixdə saat 08:05-də Bakı şəhəri, Səbail rayonu Bayraq meydanı yaxınlığında idarə etdiyi Kia markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Şəmsi oğlu izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 07:45 radələrində etibarnamə və “B” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Kia Picanto minik” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri,Səbail rayonu, Salyan yolunda sağ tərəfdən dördüncü zolaqla üzü Azneft dairəsi istiqamətində təxminən 40-50 km/saat sürətlə hərəkətdə olan zaman anidən bir piyada qadın 5 metrlik məsafədən onun idarə etdiyi avtomobilin hərəkət yoluna çıxmış, məsafə yaxın olduğundan tormoz versə də hadisədən yayma bilməmiş, idarə etdiyi avtomobilin sol qabaq qanadı və sol yan güzgüsü ilə vurub yerə yıxmışdır. Avtomobili saxlayan anda arxadan gələn “Lexus RX-300 minik” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsinə dəymiş və hər iki avtomobil zədələnmişdir. Həmçini o, göstərmişdir ki, dərhal avtomobili saxlayaıb qadına yaxınlaşıb köməklik edib xəstəxanaya yola salmış, həmin vaxt avtomobildə tək olmuş, içkili olmamış, xəsarət almamışdır, hava tutqun və çiskinli olduğundan piyada qadının onun yoluna çıxdığını 5 metrlikdən görmüşdür. Özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Şəmsi oğlunun Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Şəmsi oğlu barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsindən ötrü qərarın surəti Bakı şəhəri, Səbail RPİ-nin DYPŞ nin vasitəsilə Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və X5” X7 Səbail rayon Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 30 saylı ekspert rəyindən görünür ki, vət. X2 almış olduğu xəsarətlər- başın sağ təpə -ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası,eləcə də sağ aşıq-baldır oynağının bayır-topuq səthinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/237 saylı ekspert rəyinə əsasən ”Kia Picanto” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Şəmsi oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Aeərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. ”Lexuz RX 300” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısını almağa texniki imkanı olmamış vəonun hərəkətlərində “Yol hərəkəti haqqından” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2/1008 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs Şəmsi oğlu nəqliyyat vasitəsini idarə edən zaman ayıq olmuşdur. İş materiallarından görünür ki, araşdırma aparlarkən vətəndaş, X3 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində tək Bakı şəhəri,Səbail rayonu Salyan yolu ilə hərəkət edərək yolun sağ tərəfindən Bayıl bazarı istiqamətinə ,yəni sol tərəfə keçən zaman anidən sağ tərəfdən bir avtomobil gəlib sağ yan tərəfindən vurub yerə yıxaraq ona xəsarət yetirmiş,həmin avtomobilin sürücüsü ona yaxınlaşıb köməklik göstərərək oraya gələn TTYS-mn avtomaşını ih xəstəxanaya göndərmişdir, maddi və mənəvi köməklik etmişdir və ona tibbi yardım edilmişdir.Daha sonra o,bildirmişdir ki,onu vurub xəsarət yetirən sürücünü əvvəllər tanımamış,ədavəti olmamış,hazırda hadisə ilə əlaqədar heç kimdən heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs Şəmsi oğlunun özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs Şəmsi oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs Şəmsi oğlunun şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32, 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şəmsi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-360/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-360/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver