Məhkəmə qərarları › İş №3(009)-3609/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-3609/2020

03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-3609/2020 03.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, X2 tərəfindən Azərbaycan Respublkası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli MN0825186 nömrəli inzibati tənbeh etmə haqqında qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublkası Daxili İşlər Nazirliyinin tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN0825186 nömrəli inzibati tənbeh etmə haqqında qərarının dəyişdirilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsində qeyd olunan ünvandan və iş materiallarından görünür ki, şikayət vermiş şəxs X1 ünvanı ünvan 1 ünvanıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci və 132.2-ci maddələrinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olub-olmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, hazırkı şikayət ona əlavə edilmiş sənədlərdlə birlikdə aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü, 132.1.1-ci və 132.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 tərəfindən Azərbaycan Respublkası Daxili İşlər Nazirliyinin tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar