Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-362/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon polis idarəsi tərəfindən tərtib olunmuş 06 fevral 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 19 yanvar 2023-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospektində Şəxs idarə etdiyi «Hyundai-Azera» markalı **-AZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, təxminən 12 il olar ki, o, "xxxx" MMC-də» sürücü kimi işləyir 2015-ci ildən isə «Hyundai-Azera» markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında sürərək idarə edir. 19 yanvar 2023-cü il tarixdə təxminən saat 08 radələrində idarə etdiyi «Hyundai- Azera» markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti ilə üzü «Fəxri Xiyaban» istiqamətində iki zolaqlı yolun birinci hərəkət zolağı hərəkətdə idi.Həmin vaxdı qarşıda piyadaların keçidi üçün nəzərdə tutulmuş zolağa yaxınlaşdıqda surətini alıb yolun sağ hissəsindən sol hissəsinə keçməkdə olan piyadanın zolağı keçib bitirirdi ki,onun arxası ilə hərəkətə başlayan zaman ani anda onun idarə etdiyi avtomaşınının ön sol hissəsi həmin piyadanın ayağının arxa hissəsinə sürtdüyünü görüb dərhal idarə etdiyi avtomaşını saxlayıb avtomaşından düşərək piyadaya yaxınlaşıb köməklik göstərib onu idarə etdiyi avtomaşına əyləşdirib xəstəxanaya aparmışdı.Xəstəxanada həmin piyadaya lazım olan ilkin tibbi yardım göstərildikdən sonra onu evə buraxmışdırlar.Sonra Səbail RPİ-nin əməkdaşları gələrək baş vermiş hadisə ilə bağlı orlaraq müvafiq sənədləşdirmə aparmışdırlar. Zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxsizahatında bildirmişdir ki, 19 yanvar 2023-cü il tarixdə təxminən saat 08 radələrində öz işlərinin dalınca getmək məqsədi ilə Bakı şəhəri,Səbail rayonu,Parlament prospektindən yolun əks tərəfinə keçinək istəyirdi. Həmin vaxtı piyadaların keçidi üçün nəzərdə tutulmuş zolağın üzərindən yolun sağ hissəsindən sol hissəsinə keçən zaman ani anda həmin prospekt ilə üzü «Fəxri-Xiyaban» istiqamətində hərəkətdə olan sonradan bildiyi «Hyundai-Azera» markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü idarə etdiyi avtomaşının ön sol hissəsi ilə onun ayağının arxa hissəsindən sürtmüşdür. Həmin vaxtı onun ayağından sürtən avtomaşının sürücüsü idarə etdiyi avtomaşını saxlayaraq avtomaşından düşüb ona köməklik göstərib oradan idarə etdiyi avtomaşına əyləşdirib xəstəxanaya aparmışdı. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxmışdırlar. Sonra Səbail RPİ-nin əməkdaşları gələrək baş vermiş hadisə ilə bağlı olaraq müvafiq sənədləşdirmə aparmışdırlar. Hazırda ona vurulmuş zərər ödənilmişdir, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-nin vasitəsilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 09 saylı rəyindən görünür ki, piyada Zərərçəkmiş şəxs adma Az.ETTOİ-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli 1543 saylı arayışda qeyd olunanlardan görünür ki,o, xx.xx.2023-cü il tarixində həmin instituta müraciət etmiş,aparılmış kliniki-rentgenoloji müayinələrdən sonra ona “Sağ aşıq- baldır oynağının əzilməsi,sıyrılmış yarası” diaqnozu qoyularaq,müvafiq tibbi yardım göstərilmişdir.Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi,o,cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 2/1512 saylı xx.xx.2023-cü il tarixli tibbi müayinəsi aktından görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edən zaman ayıq olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «Hyundai-Azera» markalı **-AZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Şəxs ehtiyatsızlıqlığı və yol hərəkəti qaydalarını pozması nəticəsində piyada Zərərçəkmiş şəxs oğlunun xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən X1 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, vurulmuş zərəri ödəməsi, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-362/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-362/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver