Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-3642/2020 07.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azəroğlunun katibliyi ilə, Şəxs, “KRAUN», “TRADESERVİCE AZ», “VİP STYLE», “MONOLİT ECO», «xxxx» MMC-lərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən Səbail Rayon Məhkəməsinə Şəxs, “KRAUN», “TRADESERVİCE AZ», “VİP STYLE», “MONOLİT ECO», «xxxx» MMClərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Səbail Rayon Məhkəməsinə göndərilmiş inzibati material Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılmalıdır. Belə ki, məhkəməyə göndərilmiş materiala Şəxs, “KRAUN», “TRADESERVİCE AZ», “VİP STYLE», “MONOLİT ECO», «xxxx» MMC-lərə onun barəsində inzibati xəta haqqında icraata başlanılacağı barədə bildiriş əlavə edilməmiş, eyni zamanda həmin bildirişin ona göndərilməsi barədə hər hansı təsdiqedici məlumat əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələri ilə müəyyən edilmişdir ki, təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110 -cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs, “KRAUN», “TRADESERVİCE AZ», “VİP STYLE», “MONOLİT ECO», «xxxx» MMC-ləri barəsində tərtib olunmuş MN seriyalı, 0473482, 0473483, 0473484, 0473485, 0473486, ******* saylı inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-3642/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-3642/2020
07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver