Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-3645/2020 08.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azəroğlunun katibliyi ilə, Şəxs barəsində Bakı Şəhər Səbail Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati material işin baxılmağa hazırlanması zamanı baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx xxxxxx 2020-ci il tarixdə Bakı Şəhər Səbail Rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati material Səbail rayon Məhkəməsinə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Səbail Rayon Məhkəməsinə göndərilmiş inzibati material Bakı Şəhər Səbail Rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Məhkəməyə daxil olmuş inzibati materialdan görünür ki, iş materiallarına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs protokol və digər sənədlərlə tanış olması barədə heç bir sənəd əlavə edilməmişdir. Bu səbəbdən daxil olmuş inzibati material Səbail Rayon cra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlanmaq mümkün olmadıqda, hakim işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələri ilə müəyyən edilmişdir ki, təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110 -cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati material Bakı Şəhər Səbail Rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-3645/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-3645/2020
08.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver