Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-365/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs (tələbkar) X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021-094 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini əsasən cavabdeh Şəxs tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı sökülməli və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilməlidir. Cavabdeh Şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 333,0 (üç yüz otuz üç) manat tutularaq iddiaçı X3 ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2025-ci il tarixə icra prosesi təyin edilmişdir. İcra prosesi zamanı borclu tərəfindən icra sənədində göstərilən tələblərdən sanitar qovşağı sökülməsi hissəsi və Şəxs tərəfindən tələbkara dəymiş maddi ziyanın əvəzi olaraq 333,0 (üç yüz otuz üç) manat pul vəsaitinin ödənilməsi hissəsinin tam icra olunduğu müəyyən oldu. Borclu Şəxs icra sənədində göstərilən texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməli olan hissəsinin icrasının bir hissəsini icra etməyəcəyini bildirdi və bu barədə akt tərtib olundu. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X1 rayon məhkəməsinin qətnaməsinə dair icra sənədini elan edərək, borclu tərəfindən sanitar qovşağın söküldüyünü, tələbkara borcun ödənilməsini tam icra etdiyini, amma kommunikasiya xətləri ilə bağlı hissədə isə tam təmin etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs qətnaməni nə qədər icra etsəm də tam icra olunmadığının iddia olunduğunu, qarşı tərəfin texniki sənədlərdə olmayan kommunikasiya xətləri ilə bağlı iddiasının əsassız olduğunu, texniki sənədlərində kommunikasiya xətlərinin olduğunu və qeyd olunduğunu, o kommunikasiya xətləri vasitəsi ilə öz mənzilinə suyun daxil olduğunu, Qoruq İdarəsinin arxiv sənədini göstərərək mənzilində mətbəx və sanitar qovşağının olduğunu, 2016-cı ildə ilk dəfə texniki pasportu özünün aldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X5 qarşı tərəf üzərinə qoyulan öhdəlikləri yerinə yetirməyərək icra prosesini uzatdığını, əvvəllər də qarşı tərəfin məhkəmə zalına çıxarılıb inzibati tənbeh olunduğunu, qanunsuz çəkilmiş kommunikasiya sistemi deyildikdə bütün kommunikasiya xətlərinin aid olduğunu, Qoruq İdarəsinin 25 yanvar 2021-ci ildə olan texpasport qanuni olmalı olduğunu, icra məmurunun xitam qərarından ləğv qərardadının olduğunu, o zaman həmin sanitar qovşaq mətbəx kimi istifadə olunduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti 1saylı Bakı Ərazi İdarəsinin 04/505 inventar nömrəli, xx.xx.2021-ci il tarixli Texniki Pasportunun təsdiq edilmiş surətindən görünür ki, **********22-05101-093005 reyestr nömrəsi, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a-nın planına 17.0 kv.m. yaşayış otağı, 8.9 kv.m. dəhliz, 1.8 kv.m. sanitar qovşağı, 9.2 kv.m. yaşayış otağı, 1.0 kv. sanitar qovşağı daxildir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Şəxs tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, cavabdeh Şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 333,0 (üç yüz otuz üç) manat tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 8(103)-425/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-720/2021- 017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 8(009)- 210/2024 nömrəli qərardadı ilə tələbkar X2 ərizəsi təmin edilərək, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlunun Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(009)-720/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında 24 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. “İçərişəhər” X8 Qoruğu İdarəsi Mənzil Kommunal və Təmir Xidmətinin əməkdaşlarının iştirakı ilə trətib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 14 a ünvanın sakini X2 xx.xx.2024-cü il tarixli şikayətinə əsasən Mirzə Mənsur küçəsi, ev 94 ünvana tərəflərindən baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, həmin ünvanın 2-ci mərtəbəsində 9a saylı mənzilin mətbəxində yerləşən paltaryuyan maşınından və kanalizasiya xəttindən dəfələrlə 1-ci mərtəbədəki 14 a saylı mənzilin mətbəxinə su axması halları baş vermişdir. Bu məsələ ilə bağlı 9a saylı mənzildə yaşayan kirayəçi xanıma məlumat verildi və o, hər dəfə bu halın baş verməsindən utanc hissi keçirdiyini bildirdi. Kirayəçi xanım paltaryuyan maşınından kanalizasiya xəttinə qoşulan rezin borunun yerindən çıxarılmasını onlardan xahiş etdi. Mənzil sahibinə bu məsələ ilə bağlı tərəflərindən şifahi xəbərdarlıq edilmişdir. “İçərişəhər” X8 Qoruğu İdarəsi Mənzil Kommunal və Təmir Xidmətinin əməkdaşlarının iştirakı ilə trətib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 14 a ünvanın sakini X2 şikayətinə əsasən həmin ünvana baxış keçirilmiş və məlum olmuşdur ki, sözügedən ünvanın 2-ci mərtəbə 9a saylı mənzilin mətbəxində yerləşən paltaryuyan maşınından dəfələrlə 1-ci mərtəbə 14a saylı mənzilin mətbəxinə su axması halları baş vermişdir. Bununla bağlı akt tərtib olunmuş, akta əsasən paltaryuyan maşınından kanalizasiya xəttinə birləşən rezin boru xəttdən ayrılmışdır. xx.xx.2024-cü il tarixdə Mirzə Mənsur küçəsi, ev 94, mənzil 14 a ünvanın sakini X2 yenidən müraciətinə əsasən tərəflərindən həmin ünvana baxış keçirilmiş və baxış zamanı paltaryuyan maşının rezin borusunun sakin tərəfindən yenidən kanalizasiya xəttinə birləşdirilməsi və Rəşad Yəhyayevin mətbəxindən su axması halı aşkarlanmışdır. Bütün bunları nəzərə alaraq Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a-nın su təchizatının dayandırılması məqsədəuyğun hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(009)-720/2021 saylı icra sənədi üzrə icraata icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə xitam verildikdən sonra borclu Şəxs tərəfindən ona məxsus Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9a saylı mənzilində mənzilin içindəki köçürülmüş olan sanitar qovşaqdan indi də mətbəx və s. kimi, təkrarən qanunsuz quraşdırılmış kommunikasiya üzrə məişət avadanlıqlarından istifadə edilməklə 14a saylı mənzilə mütəmadi olaraq çirkab suyun axıdılması baş verməkdədir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinə əsasən həqiqətən də paltaryuyan maşından istifadəyə hər hansı bir qadağa qoyulmamışdır. Lakin birinci instansiya məhkəməsi “İçərişəhər” X8 Qoruğu İdarəsi Mənzil Kommunal və Təmir Xidmətinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş aktları nəzərə alaraq bu nəticəyə gəlmişdir. Belə ki, həmin aktlarda kanalizasiya xəttindən dəfələrlə 1-ci mərtəbədəki 14 a saylı mənzilin mətbəxinə su axması hallarının baş verdiyi, paltaryuyan maşından kanalizasiya xəttinə birləşən rezin borunun xəttdən ayrıldığı, yenidən birləşdirildiyinə görə su təchizatının dayandırılması məqsədəuyğun hesab edildiyi qeyd olunmuşdur. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunması qənaətinə gədmişdir. Əgər icra məmuru yenidən icra hərəkətlərini həyata keçirərkən borclunun qeyd etdiyi kimi, icra sənədinə uyğun olaraq ləğv olunmuş sanitar qovşağın yenidən bərpa olunmadığını müəyyən edərsə, bu xüsusat həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini istisna edir, bu halda icra məmuru tərəfindən müvafiq qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra sənədində göstərilən texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməli olan hissəsi Şəxs tərəfindən icra edilməməsinin səbəbi Səbail rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən həmin xətlərin texniki pasportda mövcud olmasıdır. Məhkəmə iclasında texniki pasporta baxış keçirilərkən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a-nın planına 17.0 kv.m. yaşayış otağı, 8.9 kv.m. dəhliz, 1.8 kv.m. sanitar qovşağı, 9.2 kv.m. yaşayış otağı, 1.0 kv. sanitar qovşağının daxil olduğu müəyyən edilmişdir. Belə olan halda, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-365/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-365/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver