Məhkəmə qərarları › İş №3(009)-3653/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3653/2020

08.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3653/2020 08.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Səmədov Cahan Arfif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail RPİ-nin 41-ci PB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21:50 radələrində Səbail rayonu, Salyan şossesi 32 ünvanında komendant saatı qaydasını pozmuşdur. Bununla da Şəxs AR İXM-nın 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol vermədiyini göstərmişdir. Məhkəmə toplanmış materialları araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 517-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. İş üzrə MN ******* seriyalı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs AR İXM-nin 517-2.1-ci maddəsi ilə inzibati xəta törətməsi faktı tam təsdiq olunur. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 517-2.1-cı maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 517-2.1-ci maddəsinin tərkibinin olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və inzibati xəta ilə bağlı maddi ziyanın olmamasını, əməlindən səmimi peşman olmasını, həmçinin inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona AR İXM-517-2.1-ci maddəsinin sanksiyası həddində xəbərdarlıq növündə tənbeh tətbiq edilməlidir. AR İXM-nın 24.1-ci maddəsinə əsasən xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və barəsində xəbərdarlıq növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar