Məhkəmə qərarları › İş №3(009)-366/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-366/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-366/2021 09.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis kapitanı X4 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Ermənistanın Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Abşeron rayonunun Pirəkəşkül kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsindən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə “xxxx” QSC -yə 142.20 manat məbləğində maddi ziyan vurmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs “xxxx” QSC-də sürücü vəzifəsində işləyərkən ona verilmiş nəqliyyat vasitələrinə ayrılmış yanacağı oğurlamış və nəticədə “xxxx” QSC-yə 142.20 manat məbləğində maddi ziyan vurmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, o, "xxxx” QSCdə 2016-cı ildən sürücü işləmiş, işlədiyi müddətdə heç bir cəza almamışdır. Lakin ona qarşı yanacaq sərfiyyatında itkinin olması ilə bağlı əsassız ittihamlar irəli sürülərək, ona öz ərizəsi ilə işdən çıxmağı təklif edilmişdir. Buna görə ərizə yazıb işdən çıxmışdır. Onunla birlikdə 9 nəfər sürücü eyni gündə işdən azad edilmişdir. Daha sonra onlar haqsız yerə işdən çıxarıldıqlarına görə Azərbaycan Respublikasının Prezidentinə onlayn qaydada şikayət etmişlər. Buna görə də "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədri R.Məmmədov əsəbləşərək onlara qarşı qərəzli mövqe tutmuş və onlardan şikayət etmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, “xxxx” QSC-nin ərizəsi əsasında Səbail RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Səbail RPİ-nin 9-cu Polis Bölməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Akta əsasən avtomaşınların istehsalçı zavod tərəfindən təsdiq olunmuş texniki xarakteristikalar kitabında yanacaq sərfıyyatı sürətindən aslı olaraq 11 litr və maksimum 16.5 litr təşkil edir. Bu normalar yeni, yüksüz və yüklü bir başa qət ediləcək yollar üçün nəzərdə tutulmuşdur. Balansda olan avtomaşınlar 2007-ci ildən istismarda olduğundan, çəkiliş məkanlarının əksəriyyətinin şəhər daxilində yerləşdiyindən, daim tıxaclarda işləyən və yüklü olan avtomaşınlar həmin normayla işləyə bilməz. İş materiallarında olan GPS göstəricilərinə əsasən Şəxs idarə etdiyi avtomobilə görə fevral ayı 75 litr, mart ayı üçün 83 litr olmaqla, cəmi 158 litr artıq yanacaq sərf etmişdir. İş materiallarında olan Maliyyə arayışına əsasən Şəxs idarə etdiyi avtomobilə görə artıq sərf olunmuş 158 litr yanacağa görə vurulmuş ziyanın məbləği 142.20 (yüz qırx iki manat 20 qəpik) manat olmuşdur. Artıq sərf olunmuş yanacağın həcmi iş materiallarında olan GPS göstəriciləri və xx.xx.2020-ci il tarixli Aktda öz təsdiqini tapır. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətmişdir. Məhkəmə, eyni zamanda hesab edir ki, Şəxs inzibati xətanı törətdiyi vaxtdan, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən 3 aydan artıq müddət keçmişdir. Belə ki, inzibati xəta xx.xx.2020-ci il tarixdə törədilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, inzibati xəta haqqında protokol isə xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105, 109, 114 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALD İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar