Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-366/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 21 dekabr 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş Səbail RPİ-nin Təhqiqat Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 28 avqust 2022-ci il tarixdə təxminən saat 23 radələrində «Hyundai-Sonata» markalı HH-915-CC dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Y.Salyan şossesi ilə üzü «Bibi- Heybət» məscidi istiqamətində qarşıda işıqforun sola dönmə işarəsinin yaşıl işığından üzü N.Quliyev küçəsi istiqamətində hərəkətdə olan zaman idarə etməni itirərək N.Quliyev küçəsində işıqforun işığında dayanmış sürücü X5 idarə etdiyi «Kia- Optima» markalı **-KR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının avtomaşının ön hissəsinə çırpılmış nəticədə «Kia-Optima» markalı avtomaşının sürücüsü və orada olan sərnişin X7 «Hyundai-Sonata» markalı avtomaşında olan sərnişin X2 və yolda dayanan piyada X6 müxtəlif dərəcəli bədən xəsarətləri almışdırlar. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 626 saylı rəyindən görünür ki, «Kia-Optima» markalı **-KR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü X5 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarət-sol baldırın aşağı 1/3-nin ön səthinin sıyrığı bərk küt əşyanın təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi,o,cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 622 saylı rəyindən görünür ki, piyada X3 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi.X.Ə.Quliyevin adına tərtib olunmuş tibbi sənəddə göstərilən "Başın küt travması, boyun küt travması" diaqnozu xəsarətin obyektiv əlamətləri ilə əsaslandırılmadığına və onun məhkəmə-tibbi müayinəsi zamanı belə əlamətlər aşkar olunmadığına görə xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 627 saylı rəyindən görünür ki, «Kia-Optima» markalı **-KR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında olan sərnişin X4 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ bel nahiyəsinin hematoması,alın və sol diz oynağı nahiyələrinin qançırları,alının,sol saidin orta 1/3-nin ön səthinin,sağ saidin aşağı 1/3-nin arxa səthinin,sol diz oynağı nahiyəsinin ön səthinin,sağ aşıq-baldır oynağının iç topuq səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi,o,cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 57 saylı rəyindən görünür ki, «Hyundai-Sonata» markalı HH-915-CC dövlət qeydiyyat nömrə nişanlı avtomaşında olan sərnişin X1 adına KTM-nin tərtib etdiyi 12046 saylı xəstəlik tarixinin təsdiqlənmiş kserosurətindən görünür ki,o,xx.xx.2022-ci il tarixində həmin xəstəxanaya gətirilmiş,aparılmış konservativ müalicədən sonra xx.xx.2022-ci il tarixində evə ambulator müalicəyə yazılmışdır.Son klinik diaqnoz:Alt çənənin əzilmiş yarası,bədənin əzilməsi,qapalı kəllə-beyin travması.Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi,o,cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər,dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilməlidir ki, Şəxsməhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Göründüyü kimi Şəxs barəsində tərtib edilmiş 21 dekabr 2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin barəsində protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4.-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış material üzrə Şəxs məhkəməyə təqdim olunmadığından inzibati xəta haqqında protokol və toplanmış material Səbail RPİ-nin DYPŞ-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 21 dekabr 2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Səbail Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-366/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-366/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver