Məhkəmə qərarları › İş №3(009)-368/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-368/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-368/2024 13.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 Bakı şəhəri DYPİ-nin polis kapitanı X5 tərəfindən tərtib edilmiş TP ******* nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri DYPİ-nin polis kapitanı X5 tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, X3 xx.xx.2023-cü il tarixində saat 00:39 raddələrində etibarnamə ilə idarə etdiyi Mercedes CLS markalı 10- TY-144 DQN maşınla Zərifə Əliyeva küçəsində sfetaforun qırmızı işığında dayanıb sonra yaşıl işıq yandıqda hərəkətinə davam etmək istəyərkən, Bülbül küçəsi tərəfdən gələn Mustang markalı 77- EA -013 DQN maşın qırmızı işıqda keçərək maşınının arxa sağ qapı krılo və təkər tərəfindən vuraraq qəza törətdi. Hadisə yerinə BŞDYP YHN inspektoru polis kapitanı X5 gəlib, sənədlərini götürüb və səhəri BŞDYP idarəsinə, 5-ci otağa yaxınlaşmasını bildirdi. xx.xx.2023-cü il o 5-ci otağa yaxınlaşanda mülkü olan Kamil adlı şəxs günahın onda olduğunu bildirdi və ona 500 AZN təklif elədi ki, ver günahı 50-50 yə eləyək sənə də pul versin sığorta. O günahının olmadığını bildirərək etiraz bildirdi ki, yaşıl işıqda keçibsə onda niyə günah olmalıdı və nəyə görə 50-50 yə yazmalısınız. Verilmiş qərara tələb etdi ki, məhkəməyə və cənab X8 şikayətini bildirəcək. Hətta video görüntüdə açıq aydın günahsız olduğu görsənir. Onlar qərarın hələ hazır olmadığını və görüntünü verə bilmədiklərini dedilər. xx.xx.2024-cü il tarixindən ona AsanPaydan mesaj gəldi ki, siz 327.2- ci maddəsinə əsasən 80AZN cərimə olunursuz. Qərarı yaxınlaşıb BŞDYP idarəsindən götürdü və məhkəməyə müraciət etdi. Bakı Şəhər DYPİ-nin əməkdaşı X4 TP6217097 saylı, xx.xx.2024-cü il tarixli qərarını ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 10 yanvar 2024-cü il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 12 fevral 2024-cü il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətində qərarı 03 yanvar 2024-cü il tarixində aldığını göstərsə də, ərizəyə qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 Bakı şəhəri DYPİ-nin polis kapitanı X5 tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri DYPİ-nin polis kapitanı X5 tərəfindən tərtib edilmiş TP ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar