Məhkəmə qərarları › İş №3(009)-3685/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3685/2020

14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3685/2020 14.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurovun, X2nın, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, subay, Bakı şəhəri, Səbail RPİ inzibati binasında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Səbail rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında 14 dekabr 2020-cu il tarixli, MN seriyalı, № ******* saylı protokola və ona əlavə olunmuş materiallara əsasən, Nəsimi rayon məhkəməsi tərəfindən verilmiş 2(006-4723/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X5 anaları Abbasova (Abasova) Aytən Tahir qızının himayəsində saxlanılmaları müəyyən edilməli, xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2015-ci il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Abbasova (Abasova) Aytən Tahir qızına verilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Səbail rayon məhkəməsinin 2(009)-1232/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün Şəxs tutulan alimentin məbləği artırılaraq, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Şəxs hər ay sabit pul məbləğində tutularaq (uşaqla yetkinlik yaşına çatanadək) X6 ödənilməlidir. Alimentin bu məbləğdə tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Dövlət rüsumu kimi ödənilməli olan 30 manat məbləğində pul cavabdeh Şəxs tutulub dövlət nəfmə keçirilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Şəxs göndərilmişdir. Borcluya məxsus 055-262-21 42 və 050 ***-**-** (whatsapp) nömrələr vasitəsi ilə əlaqə saxlanılmış, icra sənədinin mahiyyəti və icra qaydası ona bir daha izah edilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb təmin edilmədiyi üçün tərəfinizdən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. “Elektron icra” sistemində borclu Şəxs adma “MİTSUBİSHİ GALANT” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu göstərilmişdir. Borclunun əmlakının axtarılması haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edilərək icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Baş Dövlət X11 göndərilmişdir. Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığından borclu barəsində xx.xx.2020-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polisq.İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə borclu barəsində axtarış işi açılmışdır. X2 xx.xx.2020-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclunun 1 ildən çoxdur ki, xaricə yaşamağa köçdüyünü qeyd etmiş, həmçinin borclunun aliment borcunun 7503 manat təşkil etdiyini bildirmişdir. Borclu xx.xx.2020-ci il tarixdə şöbəyə gəlmiş və ondan izahatı alınmışdır. İzahatında borcunun təxminən 2000 (iki min) manata yaxın olduğunu qeyd etmiş, pandemiya ilə əlaqədar şəxsi biznesinin zəiflədiyini və bu səbəbdən aliment borcunu tam olaraq ödəyə bilmədiyini qeyd etmişdir. Borclu tələbkarın aliment hesabına müxtəlif vaxtlarda kartdan karta köçürülmə yolu ilə ödənişlər etdiyini, həmçinin digər şəxslər vasitəsi ilə aliment borcundan ödənişlər etdiyini bildirmişdir. Göstərilənlərə əsasən borclunun bugünə olan aliment borcunu dəqiq müəyyən etmək mümkün olmamışdır. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında Səbail rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, Ukraynada bizneslə məşğul olur, işlə əlaqədar olaraq daimi olaraq ölkə xaricinə gedib-gəlir, may ayında Ukraynada xəstələnmiş və 3 ay xəstəxanada olmuşdur, bu dövrdə aliment ödənişlərində gecikmələr yaranmışdır, hətta həmin vaxt imkan olduqca nağd və köçürmələr vasitəsilə tələbkarın və övladlarının kart hesabına köçürmələr etmişdir. O heç vaxt aliment ödəməkdən boyun qaçırmamışdır. Bu gün də yaranmış borcdan 1500 AZN məbləğində ödəniş etməyə hazırdır. Onun bank vasitəsilə etdiyi ödəmələrlə əlaqədar hazırda dəqiqləşməyə ehtiyac olduğunu və banka bununla əlaqədar sorğu verildiyini, eləcə də, borc məbləğinin dəqiqləşdirilməsinə ehtiyac olduğunu nəzərə alaraq, inzibati məsuliyyətdən azad olunmasını və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 bildirdi ki, borclu keşmiş həyat yoldaşıdır və ondan iki övladlarının saxlanılması üçün məhkəmə qərarı ilə hər ay 360 manat aliment tutulması müəyyən edilmişdir. Lakin borclu tərəfindən mütəmadi olaraq aliment ödənişləri gecikdirilir, ona görə də, aliment borcu yaranmışdır. Onun hesabı ilə aliment borcu 7503 manat təşkil edir. Lakin həmin borc məbləği dəqiqləşdirilməmişdir. Borclu tərəfindən aliment borcundan hal-hazırda 1500 manat ödəniş oldu. Bu barədə ərizə təqdim edir. İş materiallaında olan qəbzdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə tələbkara 1500 manat məbləğində aliment borcundan ödəmişdir. Beləliklə, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar