Məhkəmə qərarları › İş №3(009)-369/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-369/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-369/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsindən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci sanksiyasında nəzərdə tutulmuş həbs inzibati tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətinə aid olduğundan protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Televiziya və Radio Verlişləri QSC-nin 194.40 manat məbləğində maddi ziyan vurmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X7, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X9, X14, X3, X8, X1i, X10, Şəxs və X2 əməlində Azərbaycan Respubikası İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barələrində həmin maddə ilə inzibati qaydada tədbir görülərək müvafiq inzibati tənbeh növü tətbiq edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, “xxxx” QSC-nin (AzTV) sədri Rövşən Məmmədovun imzası ilə Səbail rayon Polis İdarəsinə daxil olmuş xx xxx 2020-ci il tarixli 04/1-199 nömrəli məktubda göstərilmişdir ki, “xxxx” QSC-də (AzTV) sürücü vəzifəsində işləmiş X4 (050) 325-01-15), Şəxs (051) 760-66,16), X8 (055) 349-70-71), X14 (050) 346- 70-62), X1 (055) 734-21-95), X10 (055) 719-45-47), X3 (055) 736-03-47) və X9 (050) 381- 02-25) idarə edilməsi üçün onlara verilmiş nəqliyyat vasitələrinə ayrılmış yanacağı oğurlamış və bununla da “xxxx” QSC-yə böyük maddi zərər vurmuşlar. Belə ki, idarə edilməsi həmin şəxslərə həvalə edilmiş nəqliyyat vasitələrinə nəzarətin təmin edilməsi üçün həmin nəqliyyat vasitələrinin hər birinə GPS avadanlığı quraşdırılmışdır. 2020-ci ilin fevral və mart ayları ərzində həmin şəxslərin idarə etdiyi nəqliyyat vasitələrinin yanacaq sərfıyyatları sonradan analiz edilərək araşdırılmış və nəticədə məlum olmuşdur ki, həmin şəxslərin idarə etdiyi hər bir nəqliyyat vasitəsinin qət etdiyi məsafə ilə sərf edilmiş kimi göstərilmiş yanacaq miqdarı arasında böyük fərqlər vardır. Belə ki, hər bir nəqliyyat vasitəsi üçün qət ediləcək 100 (bir yüz) kilometr məsafəyə nisbətdə sərf ediləcək yanacaq norması müəyyən edilmişdir. Bu norma isə istehsalçının müəyyən etdiyi normadan da artıqdır. Çünki “xxxx” QSC həmin nəqliyyat vasitələrinin artıq yanacaq sərf edə biləcəyini, tıxacda olduğu vaxtı, yanacaqdoldurma məntəqəsində əksik yanacaq vurulması, buxarlanma kimi təbii itki ehtimalını və sair amilləri nəzərə alaraq, hər bir nəqliyyat vasitəsi üçün 100 (bir yüz) kilometr məsafəyə sərf ediləcək yanacağın miqdarını 20 (iyirmi) litr müəyyən etmişdir. Halbuki həmin nəqliyyat vasitələrinə görə istehsalçının müəyyən etdiyi norma 100 (bir yüz) kilometr məsafə üçün 11,5 (on bir tam onda beş) litrdir. Lakin həmin şəxslərin qət etdiyi məsafəyə görə çatışmayan yanacağın miqdarı həm istehsalçının müəyyən etdiyi norma (100 km/11,5 İt) həm də “xxxx” QSC-nin müəyyən etdiyi normadan (100 km/20 İt) həddindən çox artıqdır. Bu isə həmin şəxslərin açıq-aşkar surətdə onlara verilmiş yanacağı oğurladıqlarına əyani sübutdur. Şəxs və digərlərinin “xxxx” QSC-də sürücü vəzifəsinə keçirilməsi və onların işdən azad edilmələri ilə bağlı əmrlərdən çıxarışlar, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişləri, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri, əmək müqavilələrinin surətləri, avtomobillərin yanacaq sərfiyyatı ilə bağlı siyahılar, avtomobillərin qeydiyyat şəhadətnamələrinin surətləri, maliyyə arayışı və digər sənədlər toplanmış materiala əlavə edilmişdir. Tərtib edilmiş maliyyə arayışından görünür ki, X9 tərəfindən vurulmuşziyanınməbləği 142.20 manat, X19 oğlutərəfindən vurulmuş ziyanın məbləği 326.70 manat, X3 tərəfindən vurulmuş ziyanın məbləği 155.70 manat, X16 oğlu tərəfindən vurulmuş ziyanın məbləği 303.30 manat, X1 tərəfindən vurulmuşziyanınməbləği 328.50 manat, X10 tərəfindən vurulmuşziyanın məbləği 126 manat, Şəxs oğlu tərəfindən vurulmuş ziyanın məbləği 194.40 manat, X4 tərəfindən vurulmuş ziyanın məbləği 97.20 manat müəyyən edilir. İş materialları ilə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin əlamətlərinin olduğu tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xrda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəməyə göndərilmiş materiallardan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx xxxxxxx 2020-ci il tarixdə qəbul edilmiş və qərar çıxarıldığı tarixdən hazırkı tarixədək 3 (üç) aydan çox müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar