Məhkəmə qərarları › İş №3(009)-37/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-37/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-37/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon Prokururluğu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərarı və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon Prokururluğu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərarı və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması qərarından görünür ki, Şəxs (FİN 5RZCXOB) ünvan 1 ünvanındakı mənzili dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan kirayə müqaviləsi bağlamadan son 2 ayda aylıq 650 manata kirayə verməklə 1300 manat gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı etiraf edərək, ona maddənin sanksiyasının aşağı həddində tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Səbail Rayon Prokururluğu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Səbail Rayon Prokururluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərarı nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, subay, natamam ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, Bakı şəhəri Məhəmməd Naxçıvani küçəsi, ev 15, mənzil 18-də yaşayan Şəxs FİN (5RZCXOB) barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında görünür ki, X1 ölməsi faktı ilə bağlı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, Şəxs ünvan 2 ünvanındakı mənzili kirayə müqaviləsi bağlamadan son 2 ayda aylıq 650 manata kirayə verməsi ilə bağlı Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci bəndinə əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəd; Həmin qanunun 3.1- ci bəndinə əsasən bu Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin meyarlarını, onların siyahısını, lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərini, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydalarını, lisenziya və icazə verən orqanların, onların vəzifəli şəxslərinin və lisenziya (icazə) sahiblərinin məsuliyyətini tənzimləyir. Həmin qanunun 12.2- ci bəndinə əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, lisenziya və icazə şərtlərinin siyahısı, onları müəyyən edən hüquqi aktlar (o cümlədən, texniki normativ hüquqi aktlar), lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydaları, lisenziya və icazə verən orqan tərəfindən qəbul olunan inzibati aktlardan şikayət verilməsi qaydası, lisenziya və icazə verən orqanın səlahiyyətlərini əks etdirən məlumatlar, lisenziyalara və icazələrə dair hüquqi aktların tətbiqinə dair verilən izahatlar, tez-tez verilən suallara cavablar, habelə sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə xidmət edə biləcək məlumatlar lisenziya və icazə verən orqanların internet saytlarında yerləşdirilməli və “Lisenziyalar və icazələr” portalında yerləşdirmək üçün səlahiyyətli orqana göndərilməlidir. Həmin məlumatlarda dəyişikliklər baş verdikcə, onlar yenilənməlidir. Həmin qanunun 19.14-cü maddəsinə əsasən lisenziyada göstərilən fəaliyyət növü və icazədə göstərilən hərəkət ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi (icra edildiyi) halda; bu Qanunun 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində nəzərdə tutulmuş fəaliyyət növləri ilə əlaqədar lisenziya alınması üçün müraciət edildikdə lisenziyanın (icazənin) əlavəsi verilir. Həmin qanunun 19.16-cı maddəsinə əsasən lisenziya (icazə) verildikdən sonra lisenziyanın (icazənin) sahibi lisenziyada (icazədə) göstərilən fəaliyyət növünü (hərəkəti) başqa obyektlərdə də həyata keçirmək üçün lisenziyanın (icazənin) əlavəsinin, lisenziyanın əlavəsində göstərilməyən fəaliyyət növləri, iş və xidmətlər ilə məşğul olmaq üçün lisenziyanın əlavəsinin alınması ilə bağlı lisenziya və icazə verən orqana ərizə ilə müraciət edə bilər. Həmin ərizəyə yalnız bu Qanunun 18.2.4-cü və 18.2.5-ci maddələrində göstərilən sənədlər əlavə olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs (FİN 5RZCXOB) ünvan 1 ünvanındakı mənzili dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan kirayə müqaviləsi bağlamadan son 2 ayda aylıq 650 manata kirayə verməklə 1300 manat gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xəta nəticəsində əldə edilmiş gəlirin iki misli miqdarında, yəni 2600 (iki min altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar