Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3708/2020 23.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1971-ci ildə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, subay, işləməyən, orta təhsilli, Şəki şəhəri, M.Ə.RƏsulzadə küçəsi, ev 147, mənzil 28-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN№1033040 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs şəxsi istehlak miqdarında, ümumi çəkisi 1,959 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamış və xx.xx.2020-ci il tarixdə saat 20:45 radələrində Bakı şəhəri, Səbail rayonu, 20ci sahə dairəsi, Salyan yolu ərazisində yolu keçərkən polis əməkdaşları tərəfindən saxlanılaraq AR DİN-nin BNMİ-nin inzibati binasına gətirilmiş və üzərinə baxış keçirilən zaman həmin narkotik vasitə üzərindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə toplanmış materialları araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. İş üzrə Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı Vüqar Əmirovun xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmin və onun AR İXM-nın 206-cı maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün material Səbail RPİ-nin 41-ci PB-nə verilmişdir. İş üzrə maddi sübut 1,939 qram çəkidə markotik vasitə olan qurudulmuş marixuana möhürlənmiş vəziyyətdə saxlanmasından ötrü Səbail RPİ-yə təhvil verilmişdir. Həmin qərardan görünür ki, məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 7/880 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş 01 ədəd sellofan bükümdə təmiz çəkisi – 1,959 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs azadlığı xx.xx.2020-ci il saat 20:45-dən məhdudlaşdırılmışdır. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, işləməsini, işin digər diqqətəlayiq hallarını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 206-cı maddəsinin sanksiyası həddində cərimə növündə tənbeh tətbiq edilməlidir. AR İXM-nın 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə inzibati xəta törədən şəxsin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş cərimə növündə tənbehin həddi 300 manat müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati xəta törədən şəxsin üzərindən aşkar edilmiş və Səbail rayon Polis İdarəsində saxlanılan 1,939 qram qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və AR İXM-nın 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə Şəxs üzərindən aşkar edilərək götürülmüş və Səbail rayon Polis İdarəsində saxlanılan maddi sübut - 1,939 qram narkotik vasitə sayılan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-3708/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3708/2020
23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver