Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-373/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X9 qızının katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilən X6 nümayəndəsi “Prospekt” Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X6 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” xx.xx.2023-cü tarixli İş № **********7/22 nömrəli qərarı yuxarıda qeyd edilənlərə əsasən qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 28 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə qərar qəbul edilməsinini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındä X8 “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” xx.xx.2023-cü il tarixli İş № **********7/22 nömrəli qərarı aşağıda qeyd edilənlərə əsasən qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm: “SƏTƏM üzrə nəzarətçi” vəzifəsindən azad edilmiş "xxxx" MMC-nin sabiq işçisi X1 və paralel olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət edərək əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabında ona işlədiyi dövrdə iş saatlarından artıq iş saatlarına görə əmək haqqının verilmədiyini və bu pulun son haqq-hesabda ödənilməməsini iddia etdiyi halda, Müfəttişlik iddiada olmayan və ya şikayət verilməyən bir tələbə baxmış və səlahiyyətlərindən süi-istifadə edərək bu məsələ ilə qismən bağlılığı olan istiqamətdə "xxxx" MMC-də əmək qanunvericiliyinin pozulması halının aşkar edilməsinə çalışmışdır. Belə ki, Müfəttişlik məsələni araşdırarkən guya müəyyən etmişdir ki, işəgötürən F.İsmayılzadənin əmək müqaviləsinə xitam verərkən onun son haqq-hesabını üzürsüz səbəbdən geçikdirərək vaxtında ödəməmiş, yəni əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilməsinə baxmayaraq işçiyə son haqqhesab üzrsüz səbəbdən xx.xx.2022-ci il tarixində verilmişdir. F.İsmayılzadə tərəfindən ödəniş müddəti ilə bağlı heç bir şikayət olmadığı təqdirdə, eləcə də ödənişin gecikdirilmə səbəbi tam sübuta yetirilmədən işəgötürənin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozması göstərilməklə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən cərimə edilməsi Müfəttişlik tərəfindən səlahiyyətlərindən süi-istifadə edilməsindən başqa bir şey deyildir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 01 fevral 2023-cü il tarixli 803-VİQD nömrəli qanuna əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 01-dək dayandırılır ki, Müfəttişliyin yuxarıda qeyd edilən bu kimi hərəkətləri yoxlama keçirilməsi anlamına gəlir. Müfəttişlik F.İsmayılzadə tərəfindən eyni məsələ ilə bağlı məhkəməyə şikayət verildiyini bilə-bilə bu məsələyə baxaraq qərar qəbul etmişdir. Belə ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixli PN-L-OUT-1091 nömrəli cavab məktubu ilə F.İsmayılzadənin şikayətinə baxan Bakı şəhəri üzrə Müfəttişliyə bildirmişdir ki, "xxxx" MMC-yə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli “Məhkəmə bildirişi” daxil olmuş və sözügedən şikayətə mənkəmə qaydasında baxılır. Habelə son haqqhesabın verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmədiyi, hesabda pul olmadığı haqqında PB/VB-OUT-02391-2022 saylı bank çıxarışı təqdim olunmuşdur. "xxxx" MMC-nin nümayəndələri məsələyə baxılarkən bu barədə Bakı şəhəri üzrə Müfəttişliyə telefon vasitəsi ilə, eləcə də rəsmi görüşdə olarkən də xəbər vermişlər. Müfəttişlik baxdığı və inzibati xəta haqqında qərar qəbul edəcəyi məsələlərə məhkəmə işlərinin rəsmi saytı vasitəsilə nəzarət edir ki, Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmasın. Müfəttişlik "xxxx" MMC ilə münasibətdə F.İsmayılzadənin şikayətinə baxarkən səlahiyyətlərindən süi-istifadə etmiş, bilərəkdən Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuşdur. Müfəttişliyin “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” xx.xx.2023-cü il tarixli İş № **********7/22 nömrəli qərarında bir kəlmə də olsa məhkəmə işi barədə qeydlər etməmişdir. Hazırda məhkəmə qaydasında F.İsmayılzadəyə son haqq-hesabın zecikdirilərək ödənilməsi səbəbləri araşdırılır, işəgötürənin bu məsələdə təqsirinin olub-olmaması ilə bağlı məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Məsələnin belə zlduğu halda, Müfəttişliyin İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” xx.xx.2023-cü il tarixli İş № **********7/22 nömrəli qərar qəbul etməsi və bu qərarla Müfəttişliyin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarını dəyişdirilmədən qüvvədə saxlaması Müfəttişliyin qərəzli mövqedə olmasını sübut edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” xx.xx.2023-cü il tarixli İş № **********7/22 nömrəli qərarını 06 mart 2013-cü il tarixdə almışdır. Yuxarıda qeyd edilənləri, Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsini və bu Məcəllənin 172-ci maddəsinin qeyd hissəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” xx.xx.2023-cü tarixli İş № **********7/22 nömrəli qərarı yuxarıda qeyd edilənlərə əsasən qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin Bakı Şəhər İdarəsinin 28 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X7 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin Bakı Şəhər İdarəsinin 28 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X11 tərəfindən vətəndaş X2 əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü mədəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 900 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Paşa Bank tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanan PB/VB-OUT-02931- 2022 saylı məktubda qeyd edilir ki, xx.xx.2022 tarixinə cari hesabda vəsait mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə görə İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli olduğu halda, X2 əmək müqaviləsinə xitam verilərkən X11 tərəfindən qanunvericiliyin bu tələbinə əməl edilməmişdir. Bunun əksini təsdiq edən dəlillər məhkəməyə təqdim edilməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 28 noyabr 2022-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 28 noyabr 2022-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-373/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-373/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver