Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-374/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Cəbrayıl rayonu, Niyazqulular kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 12 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-092/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi borclu tərəfindən icra edilməmişdir. Həmçinin 12 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-092/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 7000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi Cəbrayıl Rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü ildə icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərar əsasında Səbail Rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixində icraata qəbul edilmişdir. İcra sənədi icraata qəbul edildikdən sonra xx.xx.2023-cü ildə borclu Şəxs yaşadığı ünvana çağırış vərəqəsi göndərilərək şöbəyə dəvət edilmiş və izahatı alınmışdır. Elektron icra informasiya sistemi vasitəsilə aparılmış yoxlama zamanı tələbin yönəldilə biləcəyi pul vəsaitləri, əmlak aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixində icra məmurları tərəfindən borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə görülmüş icra tədbirləri nəticəsində borclu tərəfindən xx.xx.2023-cü il tarixində 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2024- cü il tarixdə 195 manat, xx.xx.2024-cü il tarixdə 195 manat tələbkarın poçt hesabına ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X2 izahatında bildirmişdir ki, borc məbləğinin ödənilməsini tələb edir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır, zərərçəkmiş şəxsə olan borcunu etiraf etməklə ödəməkdən imtina etməmişdir, hər ay mütəmadi ödəniş etməyi öhdəsinə götürür. Himayəsində azyaşlı uşağı vardır. Ailəni yeganə dolandıran şəxs odur. Şəxs hazırda məhkəmədən göstərilən halların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-092/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 7000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-092/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə üzrə icraata başlanılması və borclu Şəxs icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-092/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. Həmçinin həmin bildirişin üzərində “qəbul etdim Şəxs xx.xx.2023” məzmunlu qeyd yazılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-092/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 7000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi Cəbrayıl Rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü ildə icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərar əsasında Səbail Rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixində icraata qəbul edilmişdir. İcra sənədi icraata qəbul edildikdən sonra xx.xx.2023-cü ildə borclu Şəxs yaşadığı ünvana çağırış vərəqəsi göndərilərək şöbəyə dəvət edilmiş və izahatı alınmışdır. Elektron icra informasiya sistemi vasitəsilə aparılmış yoxlama zamanı tələbin yönəldilə biləcəyi pul vəsaitləri, əmlak aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixində icra məmurları tərəfindən borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə görülmüş icra tədbirləri nəticəsində borclu tərəfindən xx.xx.2023-cü il tarixində 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2024- cü il tarixdə 195 manat, xx.xx.2024-cü il tarixdə 195 manat tələbkarın poçt hesabına ödənilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və mütəmadi ödənişlər etməyi öz öhdəsinə götürür. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi qanunsuzdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-374/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-374/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver