Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-375/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 17 noyabr 2020-ci il tarixli 00100-2123/20 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X2, Sumqayıt səhəri, 53-cü məh. ünvanında qeydiyyatda olan, "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına, 28ABC147/01CJJ73 nömrəli nəqliyyat vasitəsi ilə, 002264 saylı 14 avqust 2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********3944 sorğu nömrəli 19 oktyabr 2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mala dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə 840999 0000 saylı kod altında bəyan edilmiş malın hansı kod altında sinifləşdirildiyini müəyyən edilməsi məgsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-015/002-25/005778 saylı 02 noyabr 2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən Ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "Şəxs" ŞİRKƏTİ tərəfindən bəyan olunan mallar 8 müxtəlif XİF MN kodlarında sinifləşdirilir. Beləliklə, "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: İdxal rüsumu üzrə 2924.50 AZN, ƏDV üzrə 529.67 AZN, elektron gömrük xidməti haqqı üzrə 90.00 AZN, elektron gömrük xidməti üzrə ƏDV 16.20 AZN təşkil edir. "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsində 00800-0054/20 nömrəli, 03 mart 2020-ci il tarixli inzibati, xəta haqqında protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir və məhkəmənin 19 mart 2020-ci il tarixli, 3(003)-299/2020 nömrəli qərarı ilə "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən məsuliyyətdən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Nəticədə "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/031163 nömrəli 03 noyabr 2020-ci il tarixli raport, **********3944 sorğu nömrəli Gömrük bəyannamələri, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışlar, hüquqi şəxsin nümayəndəsinin izahatı və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, X2, Sumqayıt Şəhəri, 53cü məh. ünvanında qeydiyyatda olan, "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına, 28ABC147/01CJJ73 nömrəli nəqliyyat vasitəsi ilə, 002264 saylı 14 avqust 2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********3944 sorğu nömrəli 19 oktyabr 2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mala dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə 840999 0000 saylı kod altında bəyan edilmiş malın hansı kod altında sinifləşdirildiyini müəyyən edilməsi məqsədilə X3 idarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-015/002- 25/005778 saylı 02 noyabr 2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən Ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "Şəxs" Şirkəti tərəfindən bəyan olunan mallar 8 müxtəlif XİF MN kodlarında sinifləşdirilir. Beləliklə, "Şəxs" ŞİRKƏTİ tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : İdxal rüsumu üzrə 2924.50 AZN, ƏDV üzrə 529.67 AZN, elektron gömrük xidməti haqqı üzrə 90.00 AZN, elektron gömrük xidməti üzrə ƏDV 16.20 AZN təşkil edir. İş materiallarında olan 19 oktyabr 2020-ci il tarixli Gömrük bəyannaməsindən görünür ki, X2, Sumqayıt səhəri, 53-cü məh. ünvanında qeydiyyatda olan, "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına, 28ABC147/01CJJ73 nömrəli nəqliyyat vasitəsi ilə mühərrikli nəqliyyat vasitələrinə qığılcım verilməsinin qarşısının almaq üçün səsboğucular Qırmızı körpü gömrük postundan keçməklə daxil olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 3(0031-299/2020 nömrəli Qərardan görünür ki, "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən məsuliyyətdən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 izahatında bildirdi ki, onlar malları bəyan edən zaman göndərən şirkət tərəfindən mallara dair verilmiş sənədlər əsasında XİF MN kodlarını qeyd edilir. Həmin yüklərə dair bəyannamədə göstərdikləri kodlar da onlara Böyük Britaniya tərəfindən təqdim edilmiş sənədlər əsasında yazılmışdır. Laborotoriyanın rəyindən sonra kodların fərqli olduğunu görmüşlər. Lakin gömrük qaydalarının pozulduğunu qəbul edirlər və malların kodunun fərqli olması nəticəsində yaranmış əlavə gömrük ödənişlərini ödəməyə hazırdırlar. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 %-i məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "Şəxs" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində, yəni 2492.26 (iki min dörd yüz doxsan iki manat 26 qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-375/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-375/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver