Məhkəmə qərarları › İş №3(009)-378/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-378/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-378/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, X5 Elşad oğlunun iştirakı ilə, Bakı şəhəri Səbail RPİ-nin, 41-ci PB-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 oğlu şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail RPİ-nin, 41-ci PB-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Fəxri Xiyabanda keçiriləcək tədbirlə bağlı orada iştirak etməyə gedərkən həmin ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq “SMS İcazə” sistemindən istifadə edib-etmədiyimi soruşmuşlar. O, isə şəxsiyyət vəsiqəsini təqdim etmiş və bu barədə yoxlanış aparmalarını xahiş etmişdir. Polis əməkdaşları portalda yoxlanış etdikdən sonra icazənin olmadığını ona bildirmişlər. Daha sonra isə barəsində bu barədə protokol tərtib etmişlər. Bildirir ki, evi tərk etdiyi zaman “SMS İcazə” sisteminə bu barədə müvafiq mesaj göndərmiş, lakin cavab mesajı artıq 1 saat keçməsinə baxmayaraq gəlməmişdir. Hansı ki, cavab mesajı o vaxt ərzində artıq gəlməli idi. İşi ilə bağlı zərurət yarandığından Fəxri Xiyabanda olan tədbirlə bağlı orada iştirak etməli idi. Hesab edir ki, polis əməkdaşı tərəfindən barəsində tərtib olunmuş cərimə “SMS İcazə” sistemində yaranmış problemə görə ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə edib izahatında göstərmişdir ki, qeyri-hökumət təşkilatında çalışır, xx xxxxxx 2020-ci il tarixdə Fəxri Xiyabanda keçiriləcək tədbirlə bağlı orada iştirak etməyə getmək üçün sms göndərmiş, lakin cavab gəlməsə də tədbirə gecikməmək üçün məcbur qalaraq evdən çıxmış və yolda polis əməkdaşları tərəfindən saxlanılaraq sms icazənin olub-olmadığın yoxlanıldıqda hələ də smsin gəlmədiyi məlum olmuşdur, hesab edir ki, əslində o vaxta kimi smsə cavab gəlməli idi, ona görə də şikayəti təmin edilərək barəsində Bakı şəhəri Səbail RPİ-nin, 41-ci PB-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsinə və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 11:45-də İV saylı postda icazəsi olmadan hərəkətdə olması aşkar olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə, saat 11:45-də İV saylı postda icazəsi olmadan hərəkətdə olması aşkar olunmuş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X3 şikayət ərizəsində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır. Belə ki, şikayətçi sms göndərməsi ilə bağlı qeyd etdiklərini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Eyni zamanda şikayətçinin öz izahatı ilə sübut olunur ki, o sms göndərmiş olsa belə, həqiqətən də cavab mesajını gözləmədən olduğu yeri tərk etmişdir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 200 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhər Səbail RPİ-nin 41-ci PB-nin xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X6 oğlunun karantin rejimi qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan X6 oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar