Məhkəmə qərarları › İş №3(009)-379/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-379/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-379/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X13 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi Nümayəndə və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs X1 iştirakları ilə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 01 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 01 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X3 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X11 tərəfindən X4 qarşı törədilən xırda xuliqanlıq əməli inzibati xəta törədilməsinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət etmişlər. Hadisənin görüntülərini əks etdirən videomaterial da sübut kimi təqdim edilmişdir. X10 sahə müvəkkili X6 tərəfindən baxılmış və Şikayətçi barəsində İXM-in 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqmda protokol tərtib edilmişdir. Protokol əsasmda Polis Bölməsinin rəisi X12 tərəfindən şikayətçi barəsində 50 manat cərimə növündə inzibati tənbeh tətbiqi haqqında xx.xx.2023-cü il tarixli MN1527065 nömrəli qərar qəbul edilmişdir. Qərar xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Eyni fakt üzrə həm də X7 barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqmda protokol tərtib edilmiş və cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqmda qərar qəbul edilmişdir. Aşağıdakı səbəblərə görə hesab edirik ki, Tənbeh Qərarı qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqmda iş üzrə icraata xitam verilməsi haqqmda qərar qəbul edilməlidir. Xırda xuliqanlıq əməli üzrə yalnız təşəbbüskar məsuliyyətə cəlb edilməlidir. Belə ki, hadisənin mahiyyəti ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixində saat 10-12 aralığmda Şikayətçi ünvan 1 ünvanında yerləşən "KADDEH" restoranında 20 nəfərlik masada öz tanışları ilə əyləşərkən X11 masanın yaxınlığında oynamağa başlamışdır. Şikayətçinin qonaqları bundan narahat olduğu üçün o, qadma mədəni tərzdə yaxmlaşaraq masadan bir qədər uzaqlaşmağmı bildirmişdir. X2 bu yaxınlaşmanı aqressiv qarşılamış və Şikayətçiyə qarşı kobud davranış nümayiş etdirməyə başlamış, aqressivlik göstərərək Şikayətçiyə boşqab atmışdır. Restoran sahibi hadisəyə müdaxilə edərək Aysel Bəşirovam oradan uzaqlaşdırmışdır. Göründüyü kimi, baş vermiş hadisənin təşəbbüskarı Aysel Bəşirova olmuş, o, restoranda olarkən X9 və onun qonaqlarının əyləşdiyi masaya oynayaraq yaxınlaşıb onların şəxsi toxunulmazlıq hüququ ilə qorunan məkana müdaxilə etmiş, Şikayətçiyə qarşı aqressiv davranmış, hətta sonuncunun üstünə boşqab atmış və restoranda səsini ucaldıb qışqırmaqla restoranda əyləşən şəxslərdə narahatçılıq hissi yaratmışdır. Ali Məhkəmənin xx.xx.2013-cü il tarixli 1(102)-918/2013 nömrəli qərarında da məhkəmənin mövqeyinə əsasən, mübahisə və ya dava-dalaşm təşəbbüskan zərərçəkmiş şəxsdirsə, həmçinin hüquqazidd hərəkətlərin baş verməsi üçün konfliktin yaranmasına səbəbkar zərərçəkmiş şəxs olmuşdursa, o zaman şəxs belə zərərçəkmiş şəxsə qarşı xuliqanlıq niyyəti ilə cinayət törətməkdə təqsirli bilinib məsuliyyətə cəlb edilə bilməz. Ali Məhkəmənin mövqeyindən göründüyü kimi, şəxsin xuliqanlıq əməli üzrə təqsirli bilinməsi üçün o, baş verən hadisənin təşəbbüskarı olmalıdır. Bizim halda, xx.xx.2023-cü il tarixində saat 10-12 aralığında baş vermiş hadisənin təşəbbüskarı Şikayətçi deyil, məhz X11 olduğundan hadisədə yalnız X11 xırda xuliqanlıq əməlində təqsirli bilinərək məsuliyyətə cəlb edilməlidir, xuliqanlıq əməlinin yönəldiyi Şikayətçi isə heç bir halda xırda xuliqanlıq əməlinə görə məsuliyyətə cəlb edilə bilməz, çünki belə hallarda (qarşılıqlı mübahisə və ya dava-dalaş zamanı) davanın təşəbbüskarı hadisədə təqsirli bilinə bilər, davanın yönəldiyi şəxs isə təqsirli bilinə bilməz. LXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqmda işlər üzrə başlanmış icraata isə xitam verilir. Şikayətçinin xırda xuliqanlıq əməlinin təşəbbüskarı olmaması onun təqsirli olmasını istisna edir və təqsirli olmadığı üçün əməlində inzibati xəta tərkibi yaranmır. Buna görə də Şikayətçi barəsində inzibati xəta haqqmda başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlər faktiki və hüquqi halları rəhbər tutaraq məhkəmədən, Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN1527065 nömrəli inzibati tənbeh vermə haqqmda qərar ləğv edilərək inzibati xəta haqqmda iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 nümayəndəsi Rzayev X5 Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 01 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs X8 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 01 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Səbail Rayon Polis İdarəsinin 39cu Polis Bölməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan MN ******* saylı, 01 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 04 dekabr 1981-ci il təvəllüdlü X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 nümayəndəsi tərəfindən təqdim edilmiş görüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, X9 ilə həmin məkanda olan bir nəfər xanım arasında mübahisə baş vermişdir. Göründüyü kimi X9 barəsində Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən haqlı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilmiş və cərimə tətbiq edilmişdir. Lakin C.Abdullayev tərəfindən həmin maddənin hansı şərtinin pozulması qeyd edilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin törətmiş olduğu xəta düzgün göstərilməklə yenidən qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X3 şikayəti qismən təmin edilməli, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 01 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X3 şikayəti qismən təmin edilsin. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 01 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə göndərilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar