Məhkəmə qərarları › İş №3(009)-380/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-380/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-380/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 iştirakı ilə, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxxx 2021-ci il qərar ləğv edilərək, iş üzrə icraata xitam verililməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə küçədə dayandığı vaxt, yanında heç kim olmadığı halda, siqaret çəkmiş və bu an polis əməkdaşı ona yaxınlaşaraq karantin qaydalarına riayət etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, polis əməkdaşına dəfələrlə tək olduğunu, insanların sıx yerləşdiyi ərazidə siqaret çəkməyə icazə verilmədiyini bildirsə də, polis əməkdaşı buna məhəl qoymayaraq barəsində İXM 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə edilmişdir. Göstərdiklərini nəzərə alaraq Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 şikayətini müdafiə edərək Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə lazmı qaydada məlumat verilsə də, Bakı şəhər Nəsimi RPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər Nəsimi RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx xxxxxx 2021-ci il tarixdə, saat 15:20 radələrində Nəsimi rayonu Nizami küçəsində tibbi maskadan düzgün istifadə etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx xxxxxx 2021-ci il tarixdə, saat 15:20 radələrində Nəsimi rayonu Nizami küçəsində tibbi maskadan düzgün istifadə etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 xx xxxxxx 2021-ci il tarixdə, saat 15:20 radələrində Nəsimi rayonu Nizami küçəsində tibbi maskadan düzgün istifadə etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X2 barəsində Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, şikayətçinin şikayətinin əsasını ətrafında heç kim olmadığı halda maskanı aşağı endirərək siqaret çəkdiyi üçün cərimə olunması təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki işdə qərar qəbul edilərkən X1 iştirakının təmin edilib-edilməməsi iş materilları ilə müəyyən edilməmişdir. Bundan əlavə Emin Babayevə inzibati xəta haqqında protokol tərtib edilərkən onun maskanı aşağı endirərək siqaret çəkərkən onun ətrafında hər hansı vətəndaşın olub-olmaması, ümumiyyətlə həmin ərazidə insan kütləsinin çox olub-olmaması araşdırılmamış və nəticədə o, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi qeyd edilən halların araşdırılmaması X2 barəsində qəbul edilmiş qərarı şübhə altına alır. Halbu ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Göstərilən səbəblərdən, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar