Məhkəmə qərarları › İş №3(009)-381/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-381/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-381/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X15 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 nümayəndəsi X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 27 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair "xxxx" MMC-nin direktoru X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş "xxxx" MMC-nin direktoru X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsinin 27 fevral 2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri idarəsi xx.xx.2023-cü il tarixli MN №1292317 saylı qərarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozduğuna görə, barəsində inzibati təmbeh növü kimi 3.000 (üç min) manat inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Sözügedən inzibati qərar ona ezamiyyətdən qayıtdıqdan sonra xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bu barədə müvafiq sənədlərini təqdim edir. Hal-hazırda xx.xx.2023-cü il tarixli MN № ******* saylı saylı inzibati qərarla razı deyil və AR Konstitusiyasında təsbit olunmuş hüquqlarından istifadə edərək yuxarıda qeyd olunan inzibati qərardan aidiyyəti üzrə birinci instansiya məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, qeyd olunan AR İXM 192.1-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında Qərar inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməli idi. Odur ki, qərarın əsassız olduğuna görə məhkəmə qaydasında baxılmalı və şikayətimiz təmin olunaraq iş üzrə tətbiq olunan AR İXM-nin 192.1-cı maddəsi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, eyni əmələ görə hüquqi şəxs "xxxx" MMC-nin barəsində məhkəmənin qərarı ilə inzibati xətanın tərkibi olmadığından icraata tam əsaslı və qanuni səkildə xitam verilmişdir. Bu səbəbdən barəsində (eyni əmələ görə vəzifəli şəxs barəsində) verilən inzibati qərar ləğv edilməlidir. Hesab edir ki, tətbiq edilmiş xx.xx.2023-cü il tarixli MN №1292317 saylı inzibati tənbeh vermə inzibati qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Hesab edir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi haqqında qərar ləğv edilməli, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq, humanizm prinsipinə əsaslanan və ədalət mühakiməsini həyata keçirən məhkəmədən, şikayəti təmin edib, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri idarəsi xx.xx.2023-cü il tarixli MN №1292317 saylı inzibati tənbeh vermə haqqında qərarın AR İXM-nin 53-cü maddəsinə əsasən ləğv edib və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi X4 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 27 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X12 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X8 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan 27 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X10 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o, 1000 manat məbləğində cərimə edilmişdir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin direktoru X8 ilə X10 arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli 04 saylı xidmət müqaviləsinin surətindən görünür ki, X10 şirkətdə mağazalarda sayım prosesinin aparılması xidmətinin göstərilməsini öhdəsinə götürmüşdür. Kassa məxaric orderindən və X5 verdiyi qəbzin surətindən görünür ki, 300 manat xidmət haqqı X7 tam şəkildə ödənilmişdir. "xxxx" MMC ilə X10 arasında bağlanmış 27 fevral 2023-cü il tarixli xidmətin təhviltəslim aktından görünür ki, "xxxx" MMC-nin anbarında X10 tərəfindən icra olunmuş sayım işi xidməti təhvil alınmışdır. Göründüyü kimi X10 "xxxx" MMC-də müqavilə əsasında mağazada sayım prosesinin aparılmasını xidmətini göstərmişdir və bunun müqabilində nəzərdə tutulan müvafiq əmək haqqını almışdır. X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 27 fevral 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv olunmalı, X8 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2-ci, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 27 fevral 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv olunsun, X8 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar