Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-381/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1cimaddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala Səbail Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti tərəfindən tərtib olunmuş 06 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 06 fevral 2024-cü il tarixdə obyektdə keçirilmiş plandan kənar YTM zamanı Səbail rayonu, Hərbçi küçəsi, ev 21- də yerləşən “ECO” otelində (YTA № 01-2001 bənd 2.4, 2.4, 1.9.3, YTQ № 02-2002 bənd 2.3.4, 2.3.6, 2.39, 4.3, 4.5, 4.6, 3.9.4, 2.515.2, İB və Q 02.08.02.89 bəndlərinin pozulması müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin nümayəndəsi X5 bildirmişdir ki, 06.03.24 - 09.03.24 tarixlərində yoxlamanın olunacağı nəzərdə tutulmuşdur. Yanğın təhlükəsizlik qaydalarının pozulması ilə bağlı Şəxs MMC-yə protokol tərtib edilmişdir. Şəxs MMC-yə 06 fevral 2024-cü il tarixində yanğın - texniki müayinə aktı tərtib edilmişdir və orada yanğın təhlükəsizlik qaydaları ilə bağlı 14 nöqsan göstərilmişdir. Yanğın - texniki müayinə aktını Şəxs MMC-nin əməkdaşı (qeydiyyatçı) Əliyev İlkin imzalamışdır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bununla bağlı Şəxs MMC-nin direktoruna və nümayəndəsinə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 518.1ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242078282 nömrəli çıxarışdan görünür ki, FHN X6 Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində plandan kənar cari fəaliyyətinin yanğın-texniki təhlükəsizliyinin müayinəsinin aparılması nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 06.02 2024-cü il tarixli yanğın-texniki müayinə aktından görünür ki, FHN X6 Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMCyə məxsus “Eco” oteli xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində plandan kənar cari fəaliyyətinin yanğın-texniki təhlükəsizliyinin müayinəsi keçirilən zaman obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməmişdir, obyekt normaya uyğun odsöndürən balonlarla təmin olunmamışdır, obyektdə kabel-naqillərin birləşmə sahələri və sonluqlar xüsusi sıxaclarla bərkidilməmişdir, obyektin 1-ci mərtəbəsində quraşdırılmış elektrik naqilləri “X1 Qaydalarına” uyğun quraşdırılmamışdır, obyektin təxliyyə yollarında maneəedici əşyalarının yığılmasına yol verilmişdir, obyektdə yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyyə Planı” tərtib olunmamışdır, obyektin qonaq otaqlarında qonaqlar tərəfindən riayət olunması məcburi sayılan “X2” haqqında qısa yaddaş kitabçası mövcud deyildir, otelin işçi-personalı yanğına qarşı təlimatlandırılaraq xüsusi jurnalda qeydlər aparılmamışdır, obyektdə yanğın təhlükəsizliyinə dair cavabdeh şəxs təyin olunmamışdır, obyektdə insanların köçürmə yollarının istiqamətini göstərən işıqlandırıcı lövhələr mövcud deyildir, obyektin ərazisində insanların yanğına qarşı təlimatlandırılması üçün xüsusi təlimat lövhələri asılmamışdır, obyektin elektrik naqillərinin izolyasiyasından gərginliyə qarşı müqaviməti cari ildə yoxlanılmamışdır, obyektin 1-ci mərtəbəsində yerləşən qonaq otaqlarının işıqlandırıcılar yanmayan mühafizə örtüklərlə təmin olunmamışdır, obyektdə cavabdeh şəxslər tərəfindən “Yanğın Təhlükəsiliyi” normalarına, standartlarına və qaydalara ciddi riayət olunmamışdır. İş materiallarına əlavə edilmiş X4 ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 325.5 kv/m olan mənzil Şəxs MMC-yə icarəyə verilmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək, yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək, yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifəsidir. Həmin qanunun 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-cimaddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-381/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-381/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver