Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-386/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Bakı Şəhər Səbail Rayon Polis İdarəsindən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Səbail Rayon Məhkəməsinə göndərilmiş inzibati material Səbail Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Belə ki, məhkəməyə göndərilmiş materiala Şəxs onun barəsində inzibati xəta haqqında icraata başlanılacağı barədə bildiriş əlavə edilməmiş, eyni zamanda həmin bildirişin ona göndərilməsi barədə hər hansı təsdiqedici məlumat əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, əgər Şəxs onun barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılacağı barədə bildiriş göndərilmiş olsaydı onun barəsində tətbiq olunmuş cəriməni ödəmək ehtimalı da artmış olardı. Eyni zamanda inzibati xəta haqqında İXP ******* seriyali inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göndərilməsi və çatdırılmasının təsdiq olunması barədə sənədlər əlavə edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, protokolu tərtib etmiş şəxs inzibati materiala Şəxs idarə etdiyi dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanmağa qəbul edilməsi barədə qərar və bu barədə Şəxs məlumat verilməsi barədə mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tətbiq olunmuş cərimənin ödənilməsi məqsədilə onun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılmağa qəbul edilmiş olsaydı, onun tərfindən İXP ******* saylı inzibati xəta haqqında qərarın icra edilməsi ehtimalı da yüksəlmiş olardı. Lakin göründüyü kimi İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli şəxs tərəfindən qeyd olunan tələblərə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə görə Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Azəraycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərindən isə göründüyü kimi Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinəg örə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələri ilə müəyyən edilmişdir ki, təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110 -cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib olunmuş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-386/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-386/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver