Məhkəmə qərarları › İş №3(009)-386/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-386/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-386/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 11 fevral 2022-ci il tarixli 00100-0269/22 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “İnter Promo" MMC-nin adına Türkiyə Respublikasından 34CFC010/34JZ4254 nömrəli avtomaşınla daxil olmuş 476 yerdən ibarət, brutto çəkisi 1 471 kq olan şokolad konfetləri **********0368 saylı 19.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən №-SA**********39 saylı 13.04.2021-ci il tarixli invoysda qeyd edilən dəyərin araşdırılması üçün DGK-nin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəsilə Türkiyə Respublikasının Gömrük orqanına 1400-011/004-25/002563 saylı 21,04.2021-ci il tarixli məktubla müraciət etmişdir. Həmin müraciətə cavab olaraq DGK tərəfindən 1000-200/200-25/020050 saylı 23.12.2021- ci il tarixli məktubla BBGİ-yə göndərilən X2 və Ticarət Bakanlığıdan alınmış cavab məktubunda göstərilən qiymətlərlə Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təgdim edilən N° SA**********39 saylı 13.04.2021-ci il tarixli invoys sənədində geyd olunan yükün dəyəri 6 690.64 $ deyil, 14 789 $ (119 677.21 Türk lirası) olduğu bildirilir. Odur ki. bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təgdirdə “inter Promo" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqigat idarəsinin Təhgiqat şöbəsinə məlumat verilməsi üçün Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/033572 saylı 29.12.2021-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olarag Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/001440 saylı 21.01,2022ci il tarixli raportda **********0368 sorğu nömrəli 19.04.2021-ci il tarixli' gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilən 476 yerdən ibarət, netto çəkisi 1359.5 kg olan “Bind Chocolate” nişanlı “içlikli şokolad konfetləri” yükünün invoys dəyərinin 6690.64 ABŞ dolları deyil, 14789 ABŞ dolları bəyan edildiyi təgdirdə əlavə olaraq idxal rüsumu üzrə 1996.39 manat, ƏDV üzrə 2755.02 manat, olmaqla 4751.41 manat gömrük borcu və dəbbə pulu üzrə 1282.88 manat, cəmi isə 6034.29 manat (altı min otuz dörd manat iyirmi doqguz qəpik) borc yarandığı geyd edilmişdir. Araşdırma məqsədilə Şəxs MMC-nin nümayəndəsi Qanuni nümayəndə izahatı alınmışdır. O izahatında şirkətin uzun illərdir ölkəyə qida mallarını satış məqsədilə idxal etdiyini, Türkiyə Respublikasından Şəxs MMC-nin ünvanına daxil olmuş 1359.5 kq içlikli şokolad konfetləri yüklərini BBGİ-də **********0368 sorğu nömrəli, 19.04,2021-ci il tarixli gömrük bəyannaməsi ilə göndərən tərəfin təqdim etdiyi sənədlər əsasında bəyan etdiyini, Türkiyə Respublikası gömrük orqanları tərəfindən göndərilmiş ixrac bəyannaməsindən xəbərsiz olduğunu, həmin malların göndərən şirkət tərəfindən təgdim edilmiş invoys və digər goşma sənədlər əsasında bəyan edildiyini, yüklərə dair ödənişin bank vasitəsilə ödənildiyini, ödənişə dair sənədləri təgdim edə biləcəyini, Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətlə bu halı aydınlaşdıgmaq üçün 2 - 3 gün vaxt verilməsini xahiş etdiyini, göndərən şirkətlə əlaqə saxlayıb dəgiqləşdirdikdən sonra malların dəyərində yaranmış fərqə əsasən yaranmış əlavə gömrük ödənişlərini ödəyib ödəməyəcəyini bildirmişdir. Həmçinin "İnter Promo” MMC barəsində 23 sentyabr 2020-ci il tarixdə İXM-nin 505-ci maddəsi ilə 00100-2026/20 nömrəli iş başlanılmış və ilk dəfə törətdiyi və vurulmuş ziyan ödənildiyi üçün İXMnin 505-ci maddəsinin geyd hissəsinə əsasən təqsirli bilinərək iş üzrə icraata tərəfimizdən xitam verilmişdir. Bununlada adı geyd olunan MMC İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli cari ildə təkrar olaraq törətdiyi müəyyən edilir. "İnter Promo” MMC tərəfindən **********0368 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 4751.41 manat gömrük ödənişi və dəbbə pulu üzrə 1282.88 manat, cəmi isə 6034.29 manat (altı min otuz dörd manat iyirmi dogguz gəpik) ödəniş ödənməmişdir. "İnter Promo” MMC gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 4751.41 manat (dörd min yeddi yüz əlii bir manat gırx bir qəpik) manat məbləğində yayınmışdır. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük Dəyərləndirilməsi və X3 şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-nin adına Türkiyə Respublikasından 34CFC010/34JZ4254 nömrəli avtomaşınla daxil olmuş 476 yerdən ibarət, brutto çəkisi 1 471 kq olan şokolad konfetləri **********0368 saylı 19.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən N° SA**********39 saylı 13.04.2021-ci il tarixli invoysda qeyd edilən dəyərin araşdırılması üçün DGKnin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəsilə Türkiyə Respublikasının Gömrük orqanına 1400- 011/004-25/002563 saylı 21.04.2021-ci il tarixli məktubla müraciət etmişdir. Həmin müraciətə cavab olaraq DGK tərəfindən 1000-200/200-25/020050 saylı 23.1.2021-ci il tarixli məktubla BBGİyə göndərilən X2 və Ticarət Bakanlığıdan alınmış cavab məktubunda göstərilən qiymətlərlə Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən N° SA**********39 saylı 13.04.2021-ci il tarixli invoys sənədində qeyd olunan yükün dəyəri 6 690.64 $ deyil, 14 789 $ (119 677.21 Türk lirası) olduğu bildirilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin rəis tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 34CFC010/34JZ4254 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş 476 yerdən ibarət brutto çəkisi 1471 kq olan şokolad konfetləri **********0368 saylı 19.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən № SA**********39 saylı 27.12.2021-ci il tarixli invoysda qeyd edilən dəyərin araşdırılması üçün DGK-nin Beynəlxalq Əməkdaşlıq idarəsinin vasitəsilə Türkiyə Respublikasının Gömrük orqanına 1400-011/004- 25/002563 saylı 21.04.2021-ci il tarixli məktubla müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq DGK tərəfindən 1000-200/200-25/020050 saylı 23.12.2021-ci il tarixli məktubla BBGİ-nə göndərilən Türkiyə Cümhuriyyəti Ticaret X1 ve X4 Müdürlüğündən alınmış cavab məktubunda ixrac bəyannaməsində göstərilən qiymətlərlə Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən N° SA**********39 saylı 27.12.2021-ci il tarixli invoys sənədində qeyd olunan yükün dəyəri 6690.64 ABŞ dolları deyil, 14789 ABŞ dolları olduğu bildirilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəis tərəfindən tərtib edilmiş raportdan görünür ki, **********0368 sorğu nömrəli 19.04.2021 -ci il tarixli gömrük bəyannaməsində invoys dəyərinin 6690.64 ABŞ dolları qeyd edildiyi lakin ixrac bəyannaməsindəki qiymətin 14789 ABŞ dolları olduğu halda “İNTER PROMO" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişləri idxal rüsumu üzrə 1996‘.39 AZN, ƏDV üzrə 2755.02 AZN, dəbbə pulu üzrə 1282.88 AZN təşkil edəcəkdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin 00100/1968 nömrəli "23” Sentyabr 2020ci il tarixli inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100- 2026/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi yə inzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Qanuni nümayəndə oğlunun izahatı alınmış, o, izahatında şirkətin uzun illərdir ölkəyə qida mallarını satış məqsədilə idxal etdiyini, Türkiyə Respublikasından Şəxs MMC-nin ünvanına daxil olmuş 1359.5 kq iclikii şokolad konfetləri yüklərini BBGİ-də **********0368 sorğu nömrəli, 19.04.2021- ci il tarixli gömrük bəyannaməsi ilə göndərən tərəfin təqdim etdiyi sənədlər əsasında bəyan etdiyini, Türkiyə Respublikası gömrük orqanları tərəfindən göndərilmiş ixrac bəyannaməsindən xəbərsiz olduğunu, həmin maiiarın göndərən şirkət tərəfindən təqdim edilmiş invoys və digər goşma sənədlər əsasında bəyan edildiyini, yüklərə dair ödənişin bank vasitəsilə ödənildiyini, ödənişə dair sənədləri təgdim edə biləcəyini, Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətlə bu halı aydınlaşdıqmaq üçün 2 - 3 gün vaxt verilməsini xahiş etdiyini, göndərən şirkətlə əlaqə saxlayıb dəqigləşdirdikdən sonra malların dəyərində yaranmış fərqə əsasən yaranmış əlavə gömrük ödənişlərini ödəyib ödəməyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan 4751.41 AZN (dörd min yeddi yüz əlli bir manat qırx bir qəpik) gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 3326 (üç min üç yüz iyirmi altı manat) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar