Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-387/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3 iştirakıları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 12 fevral 2022-ci il tarixli 00100-0300/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 Respublika ASC-yə məxsus 13019,6 manat ödənişə dair qəbzi məhkəməyə təqdim edərək nümayəndəsi olduğu Şəxs MMC-nin ilk dəfə məsuliyyətə cəlb edilməsini nəzərə alaraq İXM-nin 505-ci maddəsinin qeydinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raporta əsasən Bakı Şəhəri Sabunçu Rayonu, Bakıxanov Stq, Sülh (Bakıxanov Qəs.), Ev 4, Mənzil 69 qeydiyyatda Olan "xxxx" MMC-nin ünvanına GY381YG/BS360B nömrəli avtonəqlivvat vasitəsi. EXP21110466 saylı 12.11.2021-ci il tarixli invovs sənədi ilə daxil olmus vük **********1897 sorğu nömrəli. 10.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəvan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, XİF MN üzrə “**********” saylı kod altında “0” % gömrük rüsumu dərəcəsi ilə və 36-cı qrafada 702b bəvan edilmiş malın XİF MN üzrə hansı kod altında sinifləsdirilməsinin və X11 X10 Vergi Məcəlləsinin 164.1,34-Cü Maddəsinin. Nazirlər Kabinetinin 31 Mart 2020-Ci Tarixli 121 X12 X5 Müəyyən Edilməsi X6 İdarəsi tərəfindən dəqiqləsdirilməsinə ehtiyac yaranmışdır. X6 İdarəsindən gələn 2200-013/002-25/006878 saylı, 24.12.2021 -ci il tarixli cavab məktubuna əsasən malın XİFMN üzrə “**********, **********, **********, **********” alt varımmövqevində “0%”, **********, ********** 5%, **********, **********, **********, 401693009, ********** 15% gömrük rüsumu dərəcəsində sinifləsdirildivi məlum olmuşdur və kənd təsərrüfatlı təyinatlı devil, **********1897 sorğu nömrəli 10.12.2021-ci il tarixli gömrük bəyannaməsində bəvan edilmiş malların XİF MN kodları dəvisdivi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 946.06 azn, ƏDV üzrə 12073.54 azn təşkil edir. İş materiallarında olan 12 fevral 2022-ci il tarixli 00100-0300/22 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs “Giləzi-Quşçuluq Aqrar-sənaye Kompleksi" MMC 10 dekabr 2021-ci il tarixdə Bakı Bas Gömrük İdarəsində Niderlanda fəaliyyət göstərən “X13 Technology BV” şirkəti tərəfindən GY381YG/BS360B nömrə nişanlı avtomobil ilə göndərilmiş malları **********1897 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etdiyi zaman malların XİF MN kodunu düzgün bəyan etməyərək ödənilməli olan: idxal gömrük rüsumu üzrə 946,06 manat və əlavə dəyər vergisi üzrə isə 12073,54 manatdan ibarət olmaqla cəmi 13019,6 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin Vahid X1 informasiya resursundan hüquqpozma faktlarının qeydiyyatında dair çıxarışa əsasən “Giləzi- Qusçuluq Aqrar-Sənaye Kompleksi" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan xəta ilk dəfə törədildiyi müəyyən edilir. İşə əlavə edilmiş "xxxx" ASC-yə məxsus mədaxil orderindən görünür ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinin hesabına 13019,6 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən isə Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Hazırki işdən görünür ki, Şəxs MMC ilk dəfə olaraq az miqdarda inzibati xəta törətmiş və törətmiş olduğu xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən əvvəllər İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş xəta törədilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokolla müəyyən edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, lakin vurulmuş ziyanı ödədiyindən inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs MMC tərəfindən vurulmuş 13019,6 (on üç min on doqquz manat altmış qəpik) manat məbləğində ziyan ödənildiyindən inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-387/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-387/2022
02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver