Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-389/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon DYPŞ-nin Yolnəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Göyçay rayonu, Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Badamdar qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21043” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi yolunda hərəkət edən zaman “Kia Sportage” markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona maddi ziyan vurduğundan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən müvafiq inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon DYPŞ-nin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru, polis kapitanı X2 protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21043” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi yolunda hərəkət edən zaman “Kia Sportage” markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona maddi ziyan vurması səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, onun sürücülük vəsiqəsi Rusiya Federasiyası tərəfindən verilmişdir, qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddət keçdikdən sonra da avtomobili idarə etməyə davam etmişdir. Buna görə də hadisə törənən zaman nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, idarə etdiyi “VAZ 21043” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi yolunda hərəkət edən zaman “Kia Sportage” markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomaşınla ara məsafəsini düzgün seçmədiyindən toqquşmuş və qarşı tərəfə zərər vurmuşdur. Göstərilən halları, həmçinin hadisənin ehtiyatsızlıqdan baş verməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, idarə etdiyi “VAZ 21043” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi yolunda hərəkət edən zaman “Kia Sportage” markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomaşınla ara məsafəsini düzgün seçmədiyindən toqquşmuş və qarşı tərəfə zərər vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyyatsızlıqdan baş verməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-389/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-389/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver