Məhkəmə qərarları › İş №3(009)-389/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-389/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-389/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 24709024 saylı və EQ 24724899 saylı qərarlarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X2 barəsində tərtib edilmiş EQ 24709024 saylı və EQ 24724899 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayət ərizəsində şikayətçi EQ 24709024 saylı və EQ 24724899 saylı inzibati xəta haqqında qərarların ləğv edilməsini xahiş etsə də, həmin qərarların surətini iş materiallarına əlavə etməmişdir. Həmçinin qanunvericilikdə eyni vaxtda 2 inzibati xəta haqqında protokol və ya inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Göstərilən hallar isə, yəni şikayət verilmiş qərarların surətlərinin iş materiallarına əlavə edilməməsi və eyni vaxtda 2 qərardan şikayət verilməsi hazırda işin məhkəmə icraatını rədd edən hallar kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 24709024 saylı və EQ 24724899 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 24709024 saylı və EQ 24724899 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar