Məhkəmə qərarları › İş №3(009)-396/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-396/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-396/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 15 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 15 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən borclu Şəxs MMC məhkəmə qərarı üzrə tələbin icrasını uzun müddət ərzində təmin etməmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək məhkəməyə 23.02.2022-ci il tarixli, **********143585 nömrəli səyyar vergi yoxlaması aktını təqdim edərək bildirmişdir ki, 23.02.2022-ci il tarixli səyyar vergi yoxlama aktı ilə yoxlama başa çatmışdır. Səyyar vergi yoxlaması ilə bağlı qanunveriviliyə uyğun olaraq 10 gün ərzində müvafiq orqan rəhbəri tərəfindən qərar qəbul ediləcəkdir. Sənədlər vergi orqanına təqdim edilmiş və səyyar vergi yoxlaması bitmişdir. Qeyd olunanlara əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5150/2021 saylı, 17.08.2021-ci il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh Şəxs MMC-yə qarşı “sənədlərin götürülməsi” tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021-ci il tarixli **********145181 nömrəli qərarında qeyd olunan sənədlərin səlahiyyətli şəxsin imzası və möhür ilə təsdiq olunmuş surətlərinin Şəxsndən götürülməsi qərara alınmışdır. İş materiallarından olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5150/2021 saylı, 31.08.2021-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021-ci il tarixli **********145181 nömrəli qərarında qeyd olunan sənədlərin səlahiyyətli şəxsin imzası və möhür ilə təsdiq olunmuş surətləri Şəxsndən götürülməlidir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********145181 saylı 04.03.2021-ci il tarixli qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 29.12.2020-ci i tarixli **********143231 saylı qərarı əsasında Şəxs MMC (VÖEN **********) -dən(dan) aşağıdakı sənədlərin Cəmiyyətin rəhbərinin və baş mühasibin imzası ilə imzalanmış əsli ilə düzdür sözləri yazılmaqla möhürlənmiş kağız daşıyıcıda surəti və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti 1) Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər 2) Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar (tələbnaməyə əlavə edilmişdir) 3) Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar (tələbnaməyə əlavə edilmişdir) 4) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti 5) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti 6) Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli 7) Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu 8) İştirak payı göstərilməklə Azərbaycan Repsublikasmın hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat 9) İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti 10) Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı 11) Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti 12) Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər 13) Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı 14) Borc və kredit müqavilələri 15) Sığorta polisləri 16) Yoxlama dövrü üzrə hüquqi şəxsin proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri (mühasibat müxabirləşməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş hesablar planı üzrə aparılmadıqda bütün hüquqi şəxsin apardığı bütün müxabirləşmə kodlarının açıqlaması təqdim edilməlidir), əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə) (excel faylda); 17) Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda) 18) Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda) 19) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda) 20) Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesablan göstərilməklə) 21) Malsatan və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin, təqdim edilmiş invoysların, hesab fakturalarm, təhvil-təslim aktlarının, qaimə fakturalarm və digər təsdiqedici sənədlərin surəti 22) Alıcılar və sifarişçilərlə olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin, təqdim edilmiş invoysların, hesab fakturalarm, təhviltəslim aktlarının, qaimə fakturalarm və digər təsdiqedici sənədlərin surəti 23) Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda) 24) Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsäitərin siyahısı 25) Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda) 26) Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr, əldə edilmiş invoyslar, ödəniş sənədləri və digər təsdiqedici sənədlər (PDF faylda) 27) Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar, gəlirdən çıxılmalar (o cümlədən gəlirdən çıxılmalan təsdiq edən sənədlər PDF faylda) və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) 28) Yerli və xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, yerli əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank,-kassa sənədlərinin, xarici əməkdaşların ölkəyə gəlişini-gedişini təsdiq edən sənədlərin (təyyarə biletləri, viza sənədləri, pasportlar və s.) 29) İdxal (o cümlədən müvəqqəti idxal) və ixrac (o cümlədən müvəqqəti ixrac) əməliyyatları barədə sənədlərin surəti 30) Xüsusi razılıqların (lisenziyaların) surəti (PDF faylda) 31) Yoxlanılan dövr üzrə gəlirlərin və mənfəətin vergi ödəyicisinin fəaliyyəti üzrə bölgüsü 32) Transfer qiymət siyasətlərinin surəti (PDF faylda) götürülməsi həyata keçirilməsi qərara alınmışdır. İş materiallarından olan 23.02.2022-ci il tarixli, **********143585 nömrəli səyyar vergi yoxlaması aktına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 29.12.2020-ci il tarixli **********143231 saylı qərarına əsasən Şəxs MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbarı ödənişlərin hasablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə nöbədənkənar vergi yoxlanması aparılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5150/2021 saylı, 31.08.2021-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən Milli Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021-ci il tarixli **********145181 nömrəli qərarında qeyd olunan sənədlərin səlahiyyətli şəxsin imzası və möhür ilə təsdiq olunmuş surətləri Şəxsndən götürülməlidir. 23.02.2022-ci il tarixli, **********143585 nömrəli səyyar vergi yoxlaması aktına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 29.12.2020-ci i tarixli **********143231 saylı qərarına əsasən Şəxs MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən nöbədənkənar vergi yoxlanması aparılmış, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********145181 saylı 04.03.2021-ci il tarixli qərarında qeyd edilən sənədlər səlahiyyətli şəxsin imzası və möhür ilə təsdiqlənmiş sürətləri Şəxs MMC-dən götürülmüşdür. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5150/2021 saylı, 31.08.2021-ci il tarixli icra sənədi artıq icra olunmuşdur. Yəni, Şəxs MMC-nin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı müəyyən edilməmiş, əksinə icra sənədinin icra olunduğu müəyyən edilmişdir. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hallara görə şəxsin barəsində AR İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də əsassızır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar