Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-396/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlunun, X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1974-cü il tarixdə anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü Bağlar döndəsi, 46 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra şöbəsindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlu inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2251 /2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs X3 xeyrinə 7.403 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 94 manat, cəmi 7.497 (yeddi min dörd yüz doxsan yeddi) manat məbləğində pul tutulmalıdır. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu şöbədə olarkən izahatında bu dövr ərzində xəstəxanada olduğunu, əməliyyat olduğunu və işsiz olduğunu bildirdi. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam təmin edilməsini tələb edir.Bundan başqa Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-261/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs "xxxx" MMC-nin xeyrinə 11 oktyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 4000 (dörd min) manat əsas borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara soğu ilə müraciət edilmiş, borcluya məxsus hər hansı əmlak, bank hesabları aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs xx.xx.2021-ci il tarixdə icra şöbəsinə dəvət olunmuş, qərar və bildirişin surəti rəsmi şəkildə ona təqdim olunmuşdur. Lakin icra sənədinin icrası təmin olunmamışdır. xx.xx.2022-ci il tarixdə borclu yenidən şöbəyə dəvət olunmuş, xx.xx.2022-ci il tarixdə şöbəyə gələrək icra sənədini icra edəcəyinə dair iltizamı alınmış, lakin icra sənədinin icrası təmin olunmamışdır. İcra məmurunun xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərarı icra olunması üçün Səbail Rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində 20289/22 saylı axtarış işi açılmışdır. Daha sonra borclu xx.xx.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə təhvil verilmişdir. Növbəti dəfə borcun ödənilməsi ilə bağlı borclu Şəxs izahat alınmış, verdiyi izahatında borc məbləğinindən hal-hazırda ödəniş edə bilməyəcəyini qeyd etmişdir. Borclu barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Səbail rayon məhkəməsinə təqdim edilmişdir. Səbail rayon məhkəməsinin 3(009)- 873/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarına əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sonrakı dövrdə borcluya dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən yayınmış, həmçinin icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə yenidən borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Hesab edir ki, borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Göstərdiklərini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, əməliyyat olunduğundan hazırda işləyə bilmir. Barəsində inzibati tənbeh seçilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 bildirmişdir ki, borclunun ona olan borcunu tam məbləğdə borcludan tələb edir.. Əks-halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2251/2024 saylı, xx.xx.2024cü il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-261/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2251 /2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs X3 xeyrinə 7.403 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 94 manat, cəmi 7.497 (yeddi min dörd yüz doxsan yeddi) manat məbləğində pul tutulmalıdır. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu şöbədə olarkən izahatında bu dövr ərzində xəstəxanada olduğunu, əməliyyat olduğunu və işsiz olduğunu bildirdi. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam təmin edilməsini tələb edir.Bundan başqa Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-261/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs "xxxx" MMC-nin xeyrinə 11 oktyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 4000 (dörd min) manat əsas borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara soğu ilə müraciət edilmiş, borcluya məxsus hər hansı əmlak, bank hesabları aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs xx.xx.2021-ci il tarixdə icra şöbəsinə dəvət olunmuş, qərar və bildirişin surəti rəsmi şəkildə ona təqdim olunmuşdur. Lakin icra sənədinin icrası təmin olunmamışdır. xx.xx.2022-ci il tarixdə borclu yenidən şöbəyə dəvət olunmuş, xx.xx.2022-ci il tarixdə şöbəyə gələrək icra sənədini icra edəcəyinə dair iltizamı alınmış, lakin icra sənədinin icrası təmin olunmamışdır. İcra məmurunun xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərarı icra olunması üçün Səbail Rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində 20289/22 saylı axtarış işi açılmışdır. Daha sonra borclu xx.xx.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə təhvil verilmişdir. Növbəti dəfə borcun ödənilməsi ilə bağlı borclu Şəxs izahat alınmış, verdiyi izahatında borc məbləğinindən hal-hazırda ödəniş edə bilməyəcəyini qeyd etmişdir. Borclu barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Səbail rayon məhkəməsinə təqdim edilmişdir. Səbail rayon məhkəməsinin 3(009)- 873/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarına əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sonrakı dövrdə borcluya dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən yayınmış, həmçinin icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X5 X2 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-396/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-396/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver