Məhkəmə qərarları › İş №3(009)-397/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-397/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-397/2022 24.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, Şəxs QSC-nin nümayəndəsi X4 oğlunun iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Şəxs QSC-nin barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-0319/22 saylı, 14 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Hüquqi şəxs Şəxs QSC 04 fevral 2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində Türkiyə Respublikasında faliyət göstərən “HKSC inşaat Turizm OTO.İHT.VEİHR.San.Tic.LTD.Şti” şirkəti tərəfindən 61K13157/61K21890 nömrə nişanlı avtomobil ilə idxal edilmiş mallar **********9023 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etdiyi zaman 135 ədəd çirkab sualrın axıb getməsi üçün kanalizasiya traplarının XİF MN uyğun kodunu 7326 90 9800 yarımmövqeyində sinifləşdirməli olduğu halda, 732510 0000 yarımmövqeyində sinifləşdirərək ödənilməli olan 1308,15 manat idxal rüsumu, 235,47 manat əlavə dəyər vergisi, 30.00 manat elektron gömrük xidməti haqqı və 5.40 manat elektron gömrük xidməti üzrə əlavə dəyər vergisindən ibarət olmaqla cəmi 1579,02 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmşdır. Belə ki, Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/003189 nömrəli 14.02.2022-ci il tarixli raportda qeyd olunmuşdur ki, Türkiyə Respublikasından ünvan 1 ünvanında qediyyatda olan Şəxs QSC ünvanına 61K13157/61K21890 nömrəli nəqliyyat vasitəsi ilə, HSC**********047 saylı,24.01.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********9023 sorğu nömrəli 04.02.2022-ci il il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədli X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/003- 25/000757saylı,10.02.2022-ci il il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən HSC**********047 saylı, 24.01.2022-ci il tarixli invoys üzrə idxal olunan “Döyülə bilməyən çqundan şəbəkələr (Drenaj sistemi üçün şəbəkələr)” yükü “Çirkab suların axıb getməsi üçün kanalizasiya trapları” olub XİF MN üzrə “**********”saylı kod altında sinifləşdirildiyi və 15% gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlumolmuşdur. Beləliklə, **********9023 sorğu nömrəli, 04.02.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükün XİF MN üzrə “**********”saylı kod altında sinifləşdirildiyi təqdirdə Şəxs QSC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 1308.15 AZN, ƏDV üzrə 235.47 AZN, elektron gömrük xidməti haqqı üzrə 30.00AZN, elektron gömrük xidməti üzrə Ədv 5.40 AZN təşkil edir. Araşdırma zamanı məlum olmuşdur ki, 2022-ci ilin fevral ayının 5-də Macarıstan Respublikasından Şəxs QSC-nin ünvanına 61ADE480/61AEM450 nömrəli avtomaşınla daxil olmuş yüklər **********5104 sorğu nömrəli 01.02.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş malların XİF MN uyğun kodunu düzgün bəyan etməməklə cəmi 4598,72 manat gömrük ödənişlerindən yayınmış, Şəxs QSC tərəfindən ümumilikdə 4598,72 azn əlavə gömrük ödənişlərinin ödənildiyindən və belə bir əməli ilk dəfə törətdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs QSC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən xitam edilmişdir. Nəticədə, Şəxs QSC-nin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs QSC-nin nümayəndəsi X2, Şəxs QSC-nin barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. “Gömrük Tarifi haqqında” Qanunun 12-ci maddəsində Gömrük dəyərinin müəyyən edilməsi üsulları kimi 6 üsul göstərilmişdir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə, eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti ilə, dəyərin çıxılması üsulu ilə, dəyərin toplanması üsulu ilə və ehtiyat üsulu ilə müəyyən edilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, inzibati xəta ilə bağlı araşdırmı düzgün aparılmış, “Gömrük Tarifi haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki Şəxs QSC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi var və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs QSC--nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ödənilməli olan 1579,02 manat gömrük ödənişlərinin yetmiş faizi məbləğində, yəni 1105,30 (min yüz beş manat otuz qəpik) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar