Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-398/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru Tural Aşurovun, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra şöbəsindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru Tural Aşurov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 3(009)- 2625/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2025-ci il tarixdə borclu tərəfindən qəbu edilmişdir. Borclu barəsində "Elektron icra" sistemi vasitəsilə sorğular edilmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclunun izahatı alınmış, izahatında cəriməni ödəyə bilməyəcəyini, maddi imkanının yaxşı olmadığını bildirmişdir. Hesab edir ki, borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin tələbləri pozulmuşdur. Göstərdiklərini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, hazırda işsizdir, bu səbəbdən də icra sənədini icra edə bilmir. Barəsində inzibati tənbeh seçilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2625/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 3(009)- 2625/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2025-ci il tarixdə borclu tərəfindən qəbu edilmişdir. Borclu barəsində "Elektron icra" sistemi vasitəsilə sorğular edilmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclunun izahatı alınmış, izahatında cəriməni ödəyə bilməyəcəyini, maddi imkanının yaxşı olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X2 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-398/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-398/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver