Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-4/2021 08.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 1991-ci il tarixdə ünvan 1 kəndi ünvanında yaşayan Şəxs tərəfindən xx xxxx 2020-ci il tarixində, saat 17:30-da Kia rio minik markalı, 99TO921 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi yarandığından protokol tərtib olunmuşdur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olduğunu, barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Səbail RPİnin DYPŞ-nə göndərilmişdir. Aparılmış araşdırma zaman müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində Şəxs etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi Kia Rio markalı **-TO-*** qeydiyyat nişanlı avtomobillə Səbail rayonu, Salyan yolu ilə üzü Bibi- Heybət məscidi istiqamətində hərəkətdə olarkən, əks hərəkət zolağına çıxaraq üzü “X14” istiqamətində hərəkətdə olan X3 idarə etdiyi Hyundai Accent markalı **-NZ-*** qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən qabaq sol hissəsilə vurmuş, həmin vaxt zərbədən Hyundai Accent markalı avtomobil qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan X4 idarə etdiyi VAZ-21154 markalı **-NF-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymişdir. X7 sağlamlığına zərərvurmayan və sonuncunun avtomobilində qabaq sağ oturacaqda əyləşmiş sərnişin X5 isə sağlamlığına yüngül zərərvuran xəsarətlər almışlar. Məhkəmə-tibb ekspertizasından alınmış xx xxxx 2020-ci il tarixli 129 saylı rəydə göstərilmişdir ki. X3 bədənində olan xəsarət - sol əlin İ barmağının əsas falanqasının arxabayır səthinin səthi kəsilmiş yarası, iti kənarlı əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixli avtomobil travması, o cümlədən, hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində yan qoruyucu şüşənin sınmış qəlpəsinin qeyd olunan nahiyəyə təsirindən sürücü qismində əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertizasından alınmış xx xxxx 2020-ci il tarixli 130 saylı rəydə göstərilmişdir ki, X2 bədənində müəyyən edilmiş xəsarətlər - burun sümüyünün ucunun repozisiya əməliyyatına (sınıq fraqmentlərinin yerinə oturdulması) ehtiyacı olmayan və burun tənəffüsünün pozulmasına səbəb olmamış cüzi yerdəyişmə ilə qapalı sınığı, burun yəhərinin sıyrığı və sağ gözaltı nahiyənin iç yarısının qançırı, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixli avtomobil travması, o cümlədən, hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə-ekspertiza mərkəzindən alınmış xx.xx.2020-ci il tarixli 8/404 saylı rəydə göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Kia Rio markalı **- TO-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmadır Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi var və o, 400 (dörd yüz) manat məbləğində cərimə olunmalıdır. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-4/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-4/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver