Məhkəmə qərarları › İş №3(009)-4/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-4/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-4/2022 13.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Vəkil və protokol tərtib etmiş Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 23 iyun 2021-ci il tarixli 00100-1142/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli qərarına əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən apellyasiya qaydasında şikayət verilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada cərimə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 17 nioyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci tarixli qərarı ləğv edilsin və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 34CGH680/34RZ1361 nömrəli avtomaşınla, 260221-0 saylı 20.05.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********6656 sorğu nömrəli 27.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə 9019 20 000 0 saylı kod altında 0%-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X4 idarəsinə müraciət olunmuş, həmin idarədən 2200- 013/004-25/002756 saylı 07.06.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən, 260221-0 saylı 20.05.2021-ci il tarixli invoys əsasında idxal olunan yüklər XİF MN üzrə “8414 10 890 9”, “8414 80 750 9” saylı kod altında sinifləşdirildiyi, yəni “5%” və "15%" gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********6656 sorğu nömrəli 27.05.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş yüklərinin XİF MN üzrə “8414 10 890 9”, “8414 80 750 9” saylı kod altında sinifləşdirildiyi təqdirdə "xxxx" MMC-nin tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 7168. azn, əlavə dəyər vergisi üzrə 1299.46 azn, ümumilikdə isə 8502.86 azn təşkil edir. Həmçinin Şəxs MMC barəsində16.12.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi iiə iş başlanılmış və ilk dəfə törədildiyi, vurulmuş zərərin aradan qaldırıldığı nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X5, protokolu müdafiə edərək Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Vəkil bildirdi ki, bu mallar invoysda göstərilən, ekspert rəyinə əks etdirilən və digər sənədlərdə təsvir edildiyi kimi vakum nasosu və vintli hava kompressorudur. Nazirlər Kabinetinin adıçəkilən qərarı normativ hüquqi aktdır. Bu hüquqi akt üzrə malın aidiyyətini müəyyən edərkən aydın şəkildə malın 9019-cu qrupa aid olması təkzib edilir, hər biri müstəqil funksiyanı yerinə yetirən birləşdirildiyi halda belə, bölünər əşyalara aid bu malın “Mexanoterapiya üçün qurğular; masaj aparatları; bacarığı müəyyənləşdirmək üçün psixoloji test aparaturası; ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs üçün aparatura və ya digər terapevtik tənəffüs aparaturası”-na aidiyyəti yoxdur. Nasos və kompressor olan bu avadanlığın sadalanan əşyalara birləşdirilə bilməsi və birgə işlənməsi, bu malların öz mənsubiyyətini dəyişdirmir. Bu nəticə harmonikləşdirilmiş sistem olan malların təsnifarı ilə tamamilə ziddir. Ona görə də, hüquqi şəxs Vest Hospital MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. . Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Kamran Dünyamalıyev ifadəsində bildirmişdir ki, hazırki iş üzrə rəyin verilməsi səlahiyyətləri var, ekspertizanın növü və ixtisas sahəsi ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqatı olduğundan predmet onlara aiddir. Aparılmış tədqiqat nəticəsində iş materiallarında olan sənədlərə əsasən Türkiyə Respublikasının “X10 Teknik” LTD şirkətindən 260221-0 saylı, 20.05.2021-ci il tarixli invoys sənədi ilə Şəxs ünvanına daxil olmuş malların (vakuum stansiyası, sıxılmış hava stansiyası, qaz tənzimləmə stansiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə görə “9019 20 000 0” nömrəli koda uyğunluğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin istehlak malların eksperti X3 ifadəsində bildirmişdir ki, “Dehas” markalı filtri, tutumu və idarəetmə paneli olan vakuum nasosları XİF MN üzrə ********** kod ilə, “DMD 300 C” modelli vintli hava kompressoru XİF MN üzrə ********** kod ilə sinifləşdirilmişdir. Vakuum nasosları və hava kompressorunun ilk baxışdan sinifləşdirməsi mümkün deyil, hərəsi öz mövqeyində sinifləşdirilir, tərkib hissəsi hesab edilmir. Sinifləşmə şərhetmə qaydalarına uyğun olaraq aparılır. Bunlar tibbi funksiya yerinə yetirmir müalicə etmir. Hər iki avadanlıq başqa sahədə istifadə olunur. DEHAS şirkəti həm tibbi, həm də sənaye avadanlığı istehsal edir. Məhkəmə proses iştirakçılarını dinləyib, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə digər mühüm əhəmiyyət kəsb edən materialları araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin xüsusi gömrük prosedurları şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Türkiyə Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 34CGH680/34RZ1361 nömrəli avtomaşınla, 260221-0 saylı 20.05.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********6656 sorğu nömrəli 27.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə 9019 20 000 0 saylı kod altında 0%-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X4 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-013/004- 25/002756 saylı 07.06.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən, 260221-0 saylı 20.05.2021-ci il tarixli invoys əsasında idxal olunan yüklər XİF MN üzrə “8414 10 890 9”, “8414 80 750 9” saylı kod altında sinifləşdirildiyi, yəni “5%” və “15%” gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********6656 sorğu nömrəli 27.05.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş yüklərinin XİF MN üzrə “8414 10 890 9”, “8414 80 750 9” saylı kod altında sinifləşdirildiyi təqdirdə “Vest Hospital" MMC-nin tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 7168 AZN əlavə dəyər vergisi üzrə 1299.46 AZN, ümumilikdə isə 8502.86 AZN təşkil edir. 16.12.2020-ci il tarixli İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, ilk dəfə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən xitam verilmişdir. X4 İdarəsinin 07.06.2021-ci il tarixli sənədindən görünür ki, 260221-0 saylı 20.05.2021-ci il tarixli invoys əsasında idxal olunan yüklər XİF MN üzrə “8414 10 890 9”, “8414 80 750 9” saylı kod altında sinifləşdirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10.06.2021-ci il tarixli 9/6042 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (cild i.v. 7, 8-9-10) əsasən Türkiyə Respublikasının "X10 Teknik" LTD şirkətindən 260221-0 saylı, 20.05.2021-ci il tarixli invoys sənədi ilə “Vest Hospital" MMCnin ünvanına daxil olmuş malların (vakuum stansiyası, sıxılmış hava stansiyası, qaz tənzimləmə stansiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələöri və ixrac gömrük rüsumlarının dərəcələri”nə görə “9019 0 000 0” nömrəli koda uyğunluğu müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Barəsində icraat aparılan “Vest Hospital" MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Türkiyə Respublikasından Şəxs MMC-nin ünvanına daxil olmuş yüklər BBGİ-də **********6656 saylı 27.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin yükləri ixrac bəyannaməsində göstərilən təsnifat koduna əsasən bəyan edilmişdir. Həmin yükləri rəsmiləşdirirkən gömrük əməkdaşı kodu dəqiqləşdirmək məqsədilə laboratoriyaya göndərmiş və laboratoriya aktına əsasən müəyyən edilmişdir ki, həmin bəyannamə ilə bəyan edilmiş yüklər sınaq protokolunda göstərilən təsnifat kodları altında sinifləşdirilməlidir və bu təqdirdə əlavə olaraq 7168 manat idxal gömrük rüsumu, 1299.46 manat ƏDV olmaqla ümumilikdə 8502.86 manat ödənilməli olduğu müəyyən edilmişdir. Laboratoriya rəyini əsaslı hesab etmirlər. İş materiallarında olan DEHAS şirkəti tərəfindən “Vest Hospital" MMC-nə ünvanlanmış 10.01.2022-ci il tarixli məktubun surətindən görünür ki, firmaya satdıqları “tibbi basınclı hava santrali və tibbi vakum santrali”nin gömrük kodu **********00 olaraq ixrac edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar