Məhkəmə qərarları › İş №3(009)-400/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-400/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-400/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, X1 iştirakı ilə, İsmayıllı (Aslanova) Türkan Siyahbər qızının Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 09 oktyabr 2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizəsinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi İsmayıllı (Aslanova) Türkan Siyahbər qızı məhkəməyə müraciət edərək, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 09 oktyabr 2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 09 oktyabr 2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsini və inzibati xəta haqqında şikayətin buraxılmış müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 müddət bərpaya dair verdiyi ərizəsini və şikayət ərizəsini müdafiə edərək bildirmişdir ki, tanışının şəxsiyyət vəsiqəsi olmadığı üçün işə düzəlməyə görə onun şəxsiyyət vəsiqəsini götürmüşdür. Protokoldan xəbəri olmayıb. Bu səbəbdən Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 09 oktyabr 2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsini, inzibati xəta haqqında şikayətin buraxılmış müddətinin bərpa edilməsini və həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin ərizələrini araşdırıb hesab edir ki, X2 şikayəti buraxılmış müddət bərpa edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəməyə şikayət vermək üçün müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı üzrlü səbəblərlə əlaqədar deyildir. Belə ki, iş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 09 oktyabr 2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Aslanova (İsmayıllı) Türkan Siyahbər qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Şikayət ərizəsinə müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir sübut əlavə edilməmişdir. Ona görə də müddətin buraxılması üçün göstərilmiş səbəblərin üzrlü hesab edilməsi və müddətin bərpa olunması qeyri-mümkün hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İsmayıllı (Aslanova) Türkan Siyahbər qızının Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 09 oktyabr 2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi üzrlü hesab edilməməli və inzibati xəta haqqında şikayət buraxılmış müddət bərpa edilmədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 76, 84, 118, 126, 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilməsin. İsmayıllı (Aslanova) Türkan Siyahbər qızının Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 09 oktyabr 2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayəti buraxılmış müddət bərpa edilmədən geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar