Məhkəmə qərarları › İş №3(009)-402/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-402/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-402/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis kapitanı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Şamaxı rayonunda anadan olan, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş 12 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs, xx.xx.2025-ci il tarixdə, polisin qanuni tələblərinə tabesizlik göstərmiş, ictimai qaydanı pozmuş və eləcə də narkotik vasitə olan marixuana istifadə etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis kapitanı Qurbanəli Kərimli inzibati xəta haqqında 12 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolu müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 02:00 radələrində, axtarış işi ilə əlaqədar daxil olmuş məlumat əsasında, axtarışda olan X1 təmin etmək məqsədilə bölmənin sahə inspektoru, polis leytenantı Murad Tağızadə ilə polis leytenantı Müseyyib Hüseynov tərəfindən Binəqədi rayon ərazisində keçirilmiş ƏAT-ri nəticəsində S.S.Fərzəliyev hadisə yerindən qaçaraq uzaqlaşmış, onun qaçmasına şərait yaratmış yaxın əlaqəsi olan Şəxs oradan qaçarkən yıxılmış və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Şəxs saxlanılarkən polisin qoyduğu tələblərə əməl etməyərək müqavimət göstərmiş, polis əməkdaşının xidməti fəaliyyətinə maneəçilik törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzinin” 1587 saylı aktı ilə Şəxs narkotik vasitə təsiri altında olduğu nəticəsinə gəlinmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu PBnin S/İ polis leytenantı Murad Tağızadə izahat verərək bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 02:00 radələrində, axtarış işi ilə əlaqədar axtarışda olan X1 təmin etmək məqsədilə bölmənin C/A üzrə polis leytenantı Müseyyib Hüseynov ilə birlikdə Binəqədi rayon ərazisində keçirilmiş ƏAT-ri nəticəsində S.S.Fərzəliyev hadisə yerindən qaçaraq uzaqlaşmış, onun qaçmasına şərait yaratmış yaxın əlaqəsi olan Şəxs oradan qaçarkən yıxılmış və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Şəxs saxlanılarkən polisin qoyduğu tələblərə əməl etməyərək müqavimət göstərmiş, nalayiq ifadələr işlətmiş, polis əməkdaşının xidməti fəaliyyətinə maneəçilik törətmişdir. Məhkəmə iclasında şahid qismində Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu PBnin C/A üzrə polis leytenantı Hüseynov Müseyyib izahat verərək bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 02:00 radələrində, axtarış işi ilə əlaqədar axtarışda olan X1 təmin etmək məqsədilə bölmənin sahə inspektoru, polis leytenantı Murad Tağızadə ilə birlikdə Binəqədi rayon ərazisində keçirilmiş ƏAT-ri nəticəsində S.S.Fərzəliyev hadisə yerindən qaçaraq uzaqlaşmış, onun qaçmasına şərait yaratmış yaxın əlaqəsi olan Şəxs oradan qaçarkən yıxılmış və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Şəxs saxlanılarkən polisin qoyduğu tələblərə əməl etməyərək müqavimət göstərmiş, nalayiq ifadələr işlətmiş, polis əməkdaşının xidməti fəaliyyətinə maneəçilik törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, gecə saatlarında dostu X4 ilə birlikdə olan zaman onlara mülki geyimdə iki şəxs yanaşaraq polis əməkdaşları olduqlarını bildirdikdə, yanında olan dostu Sübhan Fərzəliyev qaçaraq oradan uzaqlaşmış, onu isə polis əməkdaşları saxlayaraq maşına əyləşdirmişlər. Avtomobildə olan zaman o qorxduğundan maşının qapısını açaraq qaçmağa çalışmış, lakin polis əməkdaşları da onun dalınca qaçmışlar. O, polisdən qaçan zaman ayağı büdrəyib yerə yıxılmış və polis əməkdaşları onu tutmuşlar. O, yerə yıxılan zaman üz nahiyəsi və burnu yerə dəymiş, müxtəlif xəsarətlər almışdır. O, polis əməkdaşlarına həmçinin narkotik vasitə olan marixuana istifadəçisi olduğunu bildirmişdir. O, Vətən müharibəsi iştirakçısıdır, törətdiyi əməldən səmimi peşmandır, ona görə də, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələri üzrə isə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə Azərbaycan Respublikasının İXM-nin 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və 1 ay müddətinə inzibati qaydada həbs edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31-4, 34, 40, 43, 114-115, 128-130, 211.2, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələri ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 12 fevral 2025-ci il tarixdən, saat 02:30-dan hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar