Məhkəmə qərarları › İş №3(009)-403/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-403/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-403/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi X4, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 dekabr 2021-ci il tarixli, 00100-2225/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 03 dekabr 2021-ci il tarixli, 00100-2225/21 saylı inzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “X3 Sanayi ve Ticaret Limited” şirkətindən 25.10.2021-ci il tarixdə 08AAH6C5 28AAH607 nömrə nişanlı yük avtomaşınında KİF**********057 nömrəli 22.10.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********9496 sorğu nömrəli 26 10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 27.10.2021-ci il tarixdə “ipək Yolu" gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı **********9496 sorğu nömrəli 26.10.2021ci il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövgeyində bəyan edilən mallardan əlavə gömrük orqanına düzgün bəyan edilməyən. mal-müşayiət sənədlərində qeyd edilməyən 1 dəst (3 ədəd) “FTN 2504”, 1 ədəd “FTN 2510”. 4 ədəd “FTN 2509". 1 ədəd “FTN 2521”, 2 ədəd “FTN 2519”, 3 ədəd “FTN 2511” açıg havada uşağların bədən tərbiyəsi, gimnastika və ya atletika ilə məşğul olması üçün inventar və avadanlıqlar yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan adları və sayları yuxarıda geyd edilən malların qiymətləndirməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400- 013/006-22/007810 nömrəli 01.11,2021-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Mənkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməs haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində 30.11.2021-ci il tarixdə Bakı Baş Gömrük idarəsinə daxil olmuş 9/7881 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 dəst (3 ədəd) “FTN 2504” açıq havada uşaqların bədən tərbiyəsi, gimnastika və ya atletika ilə məşğul olması üçün inventar və avadanlıqların orta bazar qiymətinin 700 manat, 1 ədəd “FTN 2510” açıq havada uşaqların bədən tərbiyəsi, gimnastika və ya atletika ilə məşğul olması üçün inventar və avadanlığların orta bazar qiymətinin 900 manat. 4 ədəd “FTN 2509” açıq havada uşaqların bədən tərbiyəsi, gimnastika və ya atletika ilə məşğul olması üçün inventar və avadanlıqların orta bazar qiymətinin 1.800 manat, 1 ədəd “FTN 2521" açıq havada uşaqların bədən tərbiyəsi, gimnastika və ya atletika ilə məşğul olması üçün inventar və avadanlığların orta bazar qiymətinin 450 manat, 2 ədəd “FTN 2519” açıq havada uşaqların bədən tərbiyəsi, gimnastika və ya atletika ilə məşğul olması üçün inventar və avadanlıqların orta bazar qiymətinin 1.780 manat, 3 ədəd “FTN 2511” açıq havada uşaqların bədən tərbiyəsi, gimnastika və ya atletika ilə məşğul olması üçün inventar və avadanlıqların orta bazar qiymətinin 2.100 manat, ekspertiza tədqiqatına təqdim edilmiş 6 adda açıq havada uşaqların bədən tərbiyəsi, gimnastika və ya atletika ilə məşğul olması üçün avadanlıqların ümumilikdə 25.10.2021-ci il tarixə arta bazar qiymətinin 7.730,00 (yeddi min yeddi yüz otuz) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən adları və sayları yuxarıda qeyd edilən malların orta bazar qiyməti 7.730,00 (yeddi min yeddi yüz otuz) manat təşkil edir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli, 3(009)-2321/2021 saylı qərarı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-295/2022, 08.02.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 3(009)- 2321/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərarı inzibati xətaya dair protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli tərəfindən verilmiş şikayətə əsasən ləğv edilmiş və iş yenidən baxılması üçün həmin həhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X6 inzibati inzibati xəta haqqında protokolu müdafiə edərək həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə məsuliyyət nəzərdə tutulur. Xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən idxal edilən mallar qanunvericiliyin tələbinə uyğun olaraq gömrük orqanına bəyan edilməli və gömrük bəyannaməsində öz əksini tapmalıdır. Lakin, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “X3 Sanayi ve Ticaret Limited” şirkətindən 25.10.2021-ci il tarixdə 08AAH605/08AAH607 nömrə nişanlı yük avtomaşınında KİF**********057 nömrəli 22.10.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********9496 sorğu nömrəli 26.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 27.10.2021-ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilərkən **********9496 sorğu nömrəli 26.10.2021-ci il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində bəyan edilən mallardan əlavə gömrük orqanına düzgün bəyan edilməyən, mal-müşayiət sənədlərində qeyd edilməyən 1 dəst (3 ədəd) “FTN 2504”, 1 ədəd “FTN 2510”, 4 ədəd “FTN 2509”, 1 ədəd “FTN 2521”, 2 ədəd “FTN 2519”, 3 ədəd “FTN 2511” açıq havada uşaqların bədən tərbiyəsi, gimnastika və ya atletika ilə məşğul olması üçün inventar və avadanlıqlar yükü aşkar edilmiş, həmin mallar qanunvericiliyin tələblərinə uyğun olaraq Şəxs MMC tərəfindən bəyan edilməli olduğu halda gömrük orqanına bəyan edilməmiş və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə gömrük orqanına təqdim edilmiş **********9496 sorğu nömrəli 26.10.2021-ci il tarixli gömrük bəyannaməsində öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş 27.10.2021-ci il tarixli yoxlama haqqında protokoldan da, görünür ki, mütləq qaydada gömrük orqanına bəyan edilməli olan adları və sayları yuxarıda qeyd edilən mallar gömrük orqanına bəyan edilməmiş və gömrük bəyannaməsində qeyd edilməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsində göstərilir ki, gömrük bəyannaməsi - malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 146.1-ci maddəsində göstərilir ki, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 148.4cü maddəsində göstərilir ki, bu Məcəllədə nəzərdə tutulan hüquqlardan başqa, bəyannaməçinin gömrük bəyannaməsini gömrük orqanlarına təqdim etməzdən əvvəl malları və nəqliyyat vasitələrini gömrük nəzarəti altında müayinə etmək, onları ölçmək, həmçinin gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürmək hüququ da vardır. Həmin Məcəllənin 121.10-cu maddəsində göstərilir ki, malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal bəyannaməsinə və ya gömrük bəyannaməsinə istinad etməlidir. Beləliklə aydın şəkildə görünür ki, Şəxs MMC gömrük bəyannaməsini gömrük orqanına təqdim etməzdən əvvəl malların sayını, çəkisini müəyyənləşdirmək hüququ olduğu halda bu hüquqdan istifadə etməmişdir. Qeyd olunanların nəzərə alınmasını və Şəxs MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin direktoru X5 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, direktoru olduğu MMC-nin fəaliyyəti müxtəlif ölkələrdən uşaq üçün oyun və idman avadanlıqları yükünün idxalı, sonradan həmin malların daxili bazarda topdan və pərakəndə satışını həyata keçirməkdən ibarətdir. 25.10.2021-ci il tarixdə MMC-nin ünvanına Türkiyə Respublikasının “X3 Sanayi ve Ticaret Limited” şirkətindən 08AAH605 C8AAH607 nömrə nişanlı yük avtomaşınında açıq havada uşaq üçün oyun və idman avadanlıqları yükü daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********9496 sorğu nömrəli 26.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, malların gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman həmin mallara görə gömrük ödənişləri ödənildikdən sonra sənəd məmuru tərəfindən gömrük bəyannaməsi emal edilmiş, sonradan gömrük bəyannaməsi buraxılışa verilmiş, idxal edilən mallar Şəxs MMC və Türkiyə Respublikasının “X3 Sanayi ve Ticaret Limited” şirkəti arasında bağlanmış 1803/21 nömrəli 18.03.2021-ci il tarixli müqavilə əsasında sifariş edilmiş, idxal edilmiş mallara görə qarşı tərəfə ödənişlər qabaqcadan tam şəkildə həyata keçirilmiş, həmin mallar onun sifarişi əsasında idxal edilmişdir, mallar Şəxs MMCyə məxsusdur, Türkiyə Respublikasının “X3 Sanayi ve Ticaret Limited” şirkəti ilə razılığa əsasən Şəxs MMC tərəfindən mallar 3 ay əvvəldən sifariş edilmiş, oktyabr ayından başlayaraq hər ay 1 yük avtomaşını olmaqla ümumilikdə 3 yük avtomaşınının göndərilməsi nəzərdə tutulmuşdur, qeyd edilən mallar oktyabr ayında ilk partiyada göndərilən mallara aiddir, yükü göndərən Türkiyə Respublikasının “X3 Sanayi ve Ticaret Limited” şirkətindən əldə etdikləri məlumata əsasən nəqliyyat vasitəsində mövcud olmayan mallar hazır olmadığı üçün sözügedən şirkət tərəfindən göndərilməmiş, lakin, həmin malların dəyəri tərəflərindən ödənildiyi üçün göndərilmiş mal-müşayiət sənədlərində həmin mallar göstərilmiş, həmin mallar nəqliyyat vasitəsinə yüklənmədiyi üçün avtomaşının müəyyən hissəsinin boş qalması səbəbindən növbəti partiyalarda göndərilməli olan mallar nəqliyyat vasitəsinə yüklənmiş, onların ünvanına göndərilmiş, lakin, artıq aşkar edilən mallar yükü göndərən şirkət tərəfindən mal-müşayiət sənədlərində qeyd edilməmiş, bu səbəbdən də həmin mallar gömrük orqanına düzgün bəyan edilməmiş və gömrük orqanına təqdim edilmiş **********9496 sorğu nömrəli 26.10.2021-ci il tarixli gömrük bəyannaməsində öz əksini tapmamışdır. Qeyd edilən halın Şəxs MMC-nin təqsiri nəticəsində baş vermədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İpək Yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 08AAH605/08AAH607 nömrəli avtomaşında KİF**********057 saylı 22.10.2021 tarixli invoys üzrə daxil olmuş və BBGİ-də **********9496 saylı GB ilə bəyan olunan yüklərə gömrük yoxlaması keçirilən zaman , GB-də qeyd olunan açıq havada uşaqların bədən tərbiyəsi , gimnastika və ya atletika ilə məşqul olması üçün inventar və avadanlıqlar yükün 2-ci mal mövqeyinə aid qoşmada qeyd olunan FTN 2504 -1 dəst (3 ədəd) əvəzinə 2 dəst (6 ədəd), FTN 2510- 2 ədəd əvəzinə 3 ədəd, FTN 2509- 1 ədəd əvəzinə 5 ədəd, FTN 2521- 1 ədəd əvəzinə 2 ədəd, FTN 2519- 1 ədəd əvəzinə 3 ədəd, FTN 2511-2 ədəd əvəzinə 5 ədəd , FTN 2514 -2 dəst (6 ədəd) əvəzinə 1 dəst (3 ədəd) olduğu aşkar olundu və FTN 2516 -2 ədəd yükünün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan 27.10.2021-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, ünvan 6 ünvanda qeydiyyatda olan “Azpark Group "Məhdud Məsuliyətli Cəmiyyətinin adına 08AAH605/08AAH607 nömrə nişanlı avtomaşınla daxıl olmuş və Bakı Baş Gömrük idarəsində **********9496 saylı Gömrük Bəyannası ilə bəyan edilmiş yüklərə gömrük yoxlaması keçirildi. Yoxlama zamanı, 08AAH605/08AAH607 nömrə nişanlı avtomaşınla daxıl olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********9496 saylı Gömrük Bəyannasində qeyd olunan açıq havada uşaqların bədən tərbiyəsi, gimnastika və ya atletika ilə məşğul olması üçün inventar və avadanlıqlar yükün 2-ci mal mövqeyinə aid qoşmada qeyd olunan FTN 2504 - 1 dəst ( 3 ədəd) əvəzinə 2 dəst (6 ədəd), FTN 2510- 2 ədəd əvəzinə 3 ədəd, FTN 2509- 1 ədəd əvəzinə 5 ədəd. FTN 2521- 1 ədəd əvəzinə 2 ədəd, FTN 2519- 1 ədəd əvəzinə 3 ədəd. FTN 2511-2 ədəd əvəzinə 5 ədəd , FTN 2514 -2 dəst (6 ədəd) əvəzinə 1 dəst (3 ədəd) aşkar olundu və FTN 2516 -2 ədəd yükünün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7881 saylı, 30.11.2021-ci il tarixli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 6 adda açıq havada uşaqların bədən tərbiyəsi, gimnastika və ya atletika ilə məşğul olması üçün avadanlıqların (trenajor) orta bazar qiymətinin ümumilikdə 25.10.2021-ci il tarixə orta bazar qiyməti 7730,00 (yeddi min yeddi yüz otuz) manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan KOÇAKPARK firmasının 28.10.2021-ci il tarixli məktubundan görünür ki, AZPARK firması, KOÇAKPARK firmasının Azərbaycandakı resmi Distrubutoru olarak çalışmaktadır. AZPARK firma ilə 3 ildən artıq müddətdir ticarət edilməkdədir. Ayda bir dəfə AZPARK firmasına 1 yük avtomaşını mal göndərilir. Sifarişləri 3 ay əvvəldən təsdiq edib istehsala başlayır və ayda 1 dəfə AZPARK firmasına göndərilir. Nadir hallarda sifariş verilən və istehsalı bitməyən məhsullar yetişmədiyi üçün göndəriş üçün yüklənmir. Malların dəyəri ödənildiyi üçün yüklənməyən mallar rəsmi sənədlərdən çıxarılmır. Qarşılığında bir sonrakı sifarişdə göndəriləcək malladan hazır olanları yük maşınına yüklənir. Bir sonrakı sifarişdə isə bi öncəki yüklənməyən mallar göndərilir. Oktyabr ayında KİF**********057 nömrəli invoice ile göndərilən sifarişdə dəyəri ödənilən ama yüklənilməyən mallar (istehsalı bitmədiyi üçün) olmuşdur. Həmin mallar yük avtomaşınına yüklənmədiyi üçün və oş yer qaldığı üçün noyabr ayında AZPARK firmasına göndəriləcək hazır mallar yüklənmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs Şəxs MMC tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114- 115 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 7730,00 (yeddi min yeddi yüz otuz) manat gömrük ödənişlərinin məbləğinin 30 (otuz) faizi məbləğdə, yəni 2319 (iki min üç yüz on doqquz) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMC dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar