Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-405/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 16 fevral 2022-ci il tarixli 00100-0312/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına 23.12.2021-ci il tarixdə İran İslam Respublikasından 54AA529/54AA530 nömrə nişanlı yük avtomaşınında 11/2021 nömrəli 20.12.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********1470 sorğu nömrəli 24.12,2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara gömrük yoxlaması həyata keçirilən zaman XİFMN üzrə 3915 mal mövgeyində (XİFMN üzrə ********** alt yarımmövgeyi) bəyan edilmiş malların XİFMN üzrə kodunun və tərkibin müəyyən edilməsi məgsədilə ilkin ekspertizanın aparılması zərurəti yaranmışdır. Bununla əlagədar olarag 54AA529/54AA530 nömrə nişanlı yük avtomaşınında 11/2021 nömrəli 20.12.2021-ci il tarixli invoys sənədi ilə idxal edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin və tərkibinin müəyyən edilməsi məgsədi ilə X3 İdarəsinə 1400-012/002- 25/009331 nömrəli 25.12.2021-ci il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200-012/003-25/006957 nömrəli 27.12.2021-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs QSC-nin ünvanına 11/2021 nömrəli 20.12.2021-ci il tarixli invoys sənədi üzrə idxal olunan yükdən təgdim olunan “Poliethvlene 2nd type of reycling” adlı, ilkin formalara emal olunmuş, polietilen (CAS 9002-88-4), 0.76% kalsium karbonat (CAS 471-34-1) əsaslı granullar olub və XİFMN-ə görə 3901 mal mövgeyində sinifləşdirilir, nümunənin tərkibində monomerlərin nisbi migdarını müəyyən etmək mümkün olmadığından alt yarımmövgeyində sinifləşdirilməsi mümkün olmamışdır. Şəxs QSC tərəfindən idxal edilən malların dəyəri işin halları ilə uyğun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan məhkəmə ekspertiza tədgigatlarının aparılmasına zərurət yaranmışdır. İş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli olduğu və ekspertiza tədgigatlarının nəticələrinə dair (malların orta bazar giymətinin müəyyən edilməsi üçün) rəy alınması üçün tərəfimizdən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 05 yanvar 2022-ci il tarixli 1400-013/006-22/000019 nömrəli məktubla müraciət olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/57 nömrəli 10.02.2022-ci il tarixli ekspert arayışına əsasən ekspertiza tədgigatına təgdim edilmiş İran İslam Respublikasında istehsal olunmuş, ümumi çəkisi 25000 kg olan “Poliethvlene 2nd type of reycling” adlı, ilkin formalara emal olunmuş, polietilen (CAS 9002-88-4), 0.76% kalsium karbonat (CAS 471-34-1) əsaslı granula xam malın 23.12.2021-ci il tarixə 1 tonunun orta bazar giymətiniN 2170,00 manat, 25 tonunun (25000 kq) isə orta bazar qiymətinin 54250,00 (əlli dörd min iki yüz əlli) manat olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı orta bazar qiyməti 54250,00 (əlli dörd min iki yüz əlli) manat olan, X3 İdarəsinin rəyinə əsasən XİFMN-ə görə 3901 mal mövqeyində sinifləşdirilən ümumi çəkisi 25000 kq olan “Poliethylene 2nd type of reyclinq” adlı, ilkin formalara emal olunmuş, polietilen (CAS 9002-88-4), 0.76% kalsium karbonat (CAS 471- 34-1) əsaslı qranula yükünün gömrük dəyərinin müəyyən edilməsi və həmin gömrük dəyəri ilə **********1470 sorğu nömrəli 24.12.2021-ci il tarixli gömrük bəyannaməsində gömrük organına bəyan edilmiş gömrük dəyəri arasında fərgin olub-olmaması, olduğu təgdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib- etməməsi və təsir etdiyi təgdirdə Şəxs QSC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhgigat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/003091 saylı 12.02.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/003134 saylı 14.02.2022-ci il tarixli raportda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/57 nömrəli və X3 İdarəsinin ekspert rəylərinə əsasən Şəxs QSC tərəfindən **********1470 sorğu nömrəli 24.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallara görə əlavə ödəniləcək gömrük ödənişlərinin yaranmayacağı qeyd olunmuşdur. Beləliklə də, Şəxs QSC tərəfindən gömrük orqanına gömrük ödənişlərinin (borcunun) məbləğinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir, belə ki, şirkət tərəfindən İran İslam Respublikasından 54AA529/54AA530 nömrə nişanlı yük avtomaşınında 11/2021 nömrəli 20.12.2021-ci il tarixli invoys sənədi ilə idxal edilmiş ümumi çəkisi 25000 kg olan “Poliethylene 2nd type of reycling” adlı, ilkin formalara emal olunmuş, polietilen (CAS 9002-88-4), 0.76% kalsium karbonat (CAS 471- 34-1) əsaslı granula yükü XİFMN üzrə 3901 mal mövgeyində sinifləşdirilməli olduğu halda, **********1470 sorğu nömrəli 24.12.2021-ci il tarixli gömrük bəyannaməsində sözügedən mallar XİFMN üzrə 3915 mal mövgeyində (XİFMN üzrə ********** alt yarımmövgeyi) sinifləşdirilmişdir. Nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2cimaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, idxalatçı "xxxx" QSC-nin ünvanına İran İslan -əspublikasından 54AA529/54AA530 nömrə nişanlı avtomaşında daxil olmuş və **********470 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirən zaman, malın kodunun və tərkibin müəyyən edilməsi məqsədilə ilkin ekspertizanın aparılması zərurəti yaranmışdır. **********1470 nömrəli gömrük bəyannaməsində “2-ci növ boru istehsalı üçün etilen polimerlərinin tullantı qırıntıları” kimi ********** mal kodunda bəyan edilmişdir. X3 İdarəsinin 2200-012/003-25/006957 saylı 27.12.2021 tarixli cavab rəyinə əsasən, ilkin formada etilen polimərlər olduğu və XİFMN üzrə 3901 mal mövqeyində sinifləşdirilirdiyi məlum olmuşdur. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan X3 İdarəsinin 2200-012/003-25/006957 nömrəli 27.12.2021-ci il tarixli məktubundan görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs QSC-nin ünvanına 11/2021 nömrəli 20.12.2021-ci il tarixli invoys sənədi üzrə idxal olunan yükdən təgdim olunan “Poliethvlene 2nd type of reycling” adlı, ilkin formalara emal olunmuş, polietilen (CAS 9002-88-4), 0.76% kalsium karbonat (CAS 471-34-1) əsaslı granullar olub və XİFMN-ə görə 3901 mal mövgeyində sinifləşdirilir, nümunənin tərkibində monomerlərin nisbi migdarını müəyyən etmək mümkün olmadığından alt yarımmövgeyində sinifləşdirilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2022-ci il tarixli 9/57 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, İİR-da istehsal olunmuş, ümumi çəkisi 25000 kq olan “Polyethylene 2nd type of reycling” adlı ilkin formalara emal olunmuş, polietilen (CAS 9002- 88-4), 0,76% kalsium korbanat (CAS 471-34-1) əsaslı qranula xam malın 23.12.2021-ci il tarixə 1 tonunun orta bazar qiyməti təxminən -2170,00 manat,, 25 tonu (25000 kq) isə - 54250,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş materiallarında olan Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/57 nömrəli və X3 İdarəsinin ekspert rəylərinə əsasən Şəxs QSC tərəfindən **********1470 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara görə əlavə ödəniləcək gömrük ödənişləri yaranmayacaqdır. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs QSC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, Şəxs QSC-nin etibarnamə ilə nümayəndəsi X2 izahatından görünür ki, nümayəndəsi olduğu şirkət təzyiqli su, qaz borularının və büzməli kanalizasiya, telekomunikasiya borularının istehsalını həyata keçirir, bu islərin görülməsi məqsədi ilə İran İslam Respublikasından xammal idxal edilir, 23.12.2021-ci il tarixdə Şəxs QSC-nin ünvanına iran İslam Respublikasında fəaliyyət göstərən “Ebrahim Shamsi” tərəfindən “X4 Tekstil San. Ve Tic. LTD. STİ” şirkətinin tapşırığı ilə 54AA529/54AA530 nömrə nişanlı yük avtomaşınında granullar yükü göndərilmiş, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********1470 sorğu nömrəli 24.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, həmin mallar Şəxs QSC və “X4 Tekstil San. Ve Tic. LTD. STİ”şirkəti arasında bağlanmış 11/2021 nömrəli 20.12.2021-ci il tarixli müqavilə əsasında idxal edilmiş, idxal edilmiş mallara görə Türkiyə Respublikasının “X4 Tekstil San. Ve Tic. LTD. ŞTİ şirkətinə ödənişlər qabaqcadan tam şəkildə həyata keçirilmiş,Şəxs QSC-nin ünvanına İran İslam Respublikasından 54AA529/54AA530 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində mal-müşayiət sənədlərində qeyd edilən məlumatlara əsasən **********1470 sorğu nömrəli 24.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, göndərilmiş CMR sənədində, invoys sənədində, mənşə sertifikatında göstərilən yükün XİFMN üzrə kodu **********1470 sorğu nömrəli 24.12.2021-ci il tarixli gömrük bəyannaməsində öz əksini tapmış, gömrük orqanına həmin kod bəyan edilmiş, lakin, malların rəsmiləşdirilməsi həyata keçirilən zaman X3 İdarəsinin rəyinə əsasən müəyyən edilmişdir ki, həmin yük bəyan edilən XİFMN üzrə ********** alt varımmövqeyində deyil, XİFMN üzrə 3901 mal mövqeyində sinifləşdirilir, Şəxs QSC-nin ünvanına İran İslam Respublikasından 54AA529/54AA530 nömrə nişanlı yük avtomaşınında daxil olmuş malların invoys dəyəri 11/2021 nömrəli 20.12.2021-ci il tarixli invoys sənədinə əsasən 23460 ABŞ dolları təşkil edir, həmin qiyməti şirkət olaraq təsdiq edirlər. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə -fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 321.3, 321.4-cü maddələrinə əsasən bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün qöstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs QSC-nin nümayəndəsinin izahatı ilə Şəxs QSC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-405/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-405/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver