Məhkəmə qərarları › İş №3(009)-407/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-407/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-407/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 15 fevral 2021-ci il tarixli, 00100-0314/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 10.11,2020-ci il tarixli **********2055, **********2056, **********2057 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar 07.11,2021-ci il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********2055, **********2056, **********2057 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəggəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəggəti ixrac müddətinin son tarixi 07.11.2021- ci il müəyyən edilmişdir. Lakin, müvəggəti ixrac müddətinin 07.11.2021-ci il tarixində bitməsinə baxmayarag **********2055, **********2056, **********2057 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəggəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəggəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə gaytarılması, müvəggəti ixrac müddətinin uzadılması və va digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük organına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********2055, **********2056, **********2057 sorğu nömrəli gömrük bəyannamələrində geyd edilən malların müvəqqəti ixrac müddəti 07.11.2021-ci il tarixdə bitsə də, həmin malların müvəggəti ixrac müddətinin uzadılması ilə bağlı "xxxx" MMC tərəfindən müvəggəti ixrac müddəti bitdikdən 3 (üç) ay sonra, yəni 07.02.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə 24/24/002636 geydiyyat nömrəli müraciət ünvanlanmışdır, Nəticədə Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 499.1.3cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Xüsusi gömrük prosedurları şöbəsinin rəis tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC tərəfindən **********2055, **********2056,**********2057, **********9983 (**********9983 GB ilə müvəqqəti ixrac xüsusi gömrük prosedurunda ixrac olunmuş yükün bir hissəsi qazma və ya tunel qazan maşınlarının hissələri RHİNO XS 11625 SERİYA N:OSC108792A 1 ədəd yükü **********5469 saylı GB-yə əsasən geri qaytarılmışdır) saylı GB-lərlə müvəqqəti ixrac xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin "xxxx" MMC tərəfindən bu yüklərin digər gömrük prosedurı altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəis müavini tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 10.11,2020-ci il tarixli **********2055, **********2056, **********2057 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar 07.11.2021-ci il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********2055, **********2056,**********2057 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi 07.11.2021-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin 07.11.2021-ci il tarixində bitməsinə baxmayaraq **********2055,**********2056. **********2057 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı ƏsgərovAnar İmaməli oğlunun izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, nümayəndəsi olduğu Şəxs MMC tərəfindən 10.11.2020-ci il tarixli **********2055, **********2056, **********2057 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş hidravlik güc mühərrikləri 07.11.2021-ci il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmış, həmin mallar Türkiyə Respublikasının Ankara şəhərində götürülmüş lahiyələrin həyata keçirilməsi məqsədilə qazma işlərinin görülməsi üçün müvəqqəti olaraq şirkət tərəfindən Türkiyə Respublikasına göndərilmiş, bu işlə məşğul olan şirkətin əməkdaşı işdən ayrıldığından **********2055, **********2056, **********2057 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin bitmə tarixinə nəzarət edə bilməmişdirlər, bu səbəbdən də sözügedən malların müvəqqəti ixrac müddəti pozulmuşdur, **********2055, **********2056, **********2057 sorğu nömrəli 10.11.2020-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətini uzatmaq niyyətindədirlər, bununla əlaqədar olaraq malların müvəqqəti ixrac müddətininin uzadılması ilə bağlı 07.02.2022-ci il tarixdə şirkət tərəfindən gömrük orqanına məktubla müraciət edilmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********2055, **********2056,**********2057 sorğu nömrəli gömrük bəyannamələrində qeyd edilən malların müvəqqəti ixrac müddəti 07.11.2021-ci il tarixdə bitsə də, həmin malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı Şəxs MMC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 3 (üç) ay sonra, yəni 07.02.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə 24/24/002636 qeydiyyat nömrəli müraciət ünvanlanmışdır. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı təmin edilmiş və onun izahatından görünür ki, nümayəndəsi olduğu Şəxs MMC tərəfindən 10.11.2020-ci il tarixli **********2055, **********2056, **********2057 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş hidravlik güc mühərrikləri 07.11.2021-ci il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmış, həmin mallar Türkiyə Respublikasının Ankara şəhərində götürülmüş lahiyələrin həyata keçirilməsi məqsədilə qazma işlərinin görülməsi üçün müvəqqəti olaraq sirkə: tərəfindən Türkiyə Respublikasına göndərilmiş, bu işlə məşğul olan şirkətin əməkdaşı işdər ayrıldığından **********2055, **********2056, **********2057 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqə: ixrac müddətinin bitmə tarixinə nəzarət edə bilməmişdirlər, bu səbəbdən də sözügedən mallar/- müvəqqəti ixrac müddəti pozulmuşdur, **********2055, **********2056, **********205" sorğu nömrəli 10.11.2020-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük prosedur;, altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətini uzatmaq niyyətindədirlər, bununla əlaqədar olaraq malların müvəqqəti ixrac müddətininin uzadılması ilə bağlı 07.02.2022-ci il tarixdə şirkət tərəfindən gömrük orqanına məktubla müraciət edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə -fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43,114- 117 və 499.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsi ilə təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar