Məhkəmə qərarları › İş №3(009)-408/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-408/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-408/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-0315/22, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən **********9983 sorğu nömrəli 29.11.2019-cu il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4124A olan, 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4127A olan, 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q8792A olan, 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4131A olan ümumilikdə 4 (dörd) ədəd qazma və va tunel qazan maşınlarının hissələri yükü 29.11.2020-ci il tarixədək 1 (bir) il müddətinə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdir. Sonradan Şəxs MMC tərəfindən 29.11.2020-ci il tarixdə təqdim edilmiş 24/24/033542 qeydiyyat nömrəli məktub əsasında sözügedən gömrük bəyannaməsində qeyd edilən malların müvəqqəti ixrac müddəti 02.11.2021-ci il tarixədək uzadılmışdır. Daha sonra Şəxs MMC tərəfindən **********9983 sorğu nömrəli 29.11.2019cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q8792A olan qazma və va tunel qazan maşınların hissələri yükü Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmış və həmin yük **********5469 sorğu nömrəli 15.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük idarəsində rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********9983 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4124A olan, 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4127A olan, 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4131A olan ümumilikdə 3 (üç) ədəd qazma və va tunel qazan maşınlarının hissələri yükünün müvəqqəti ixrac müddətinin son tarixi 02.11,2021-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin 02.11.2021-ci il tarixində bitməsinə baxmayaraq **********9983 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4124A olan, 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4127A olan. 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4131A olan ümumilikdə 3 (üç) ədəd qazma və va tunel qazan maşınlarının hissələri yükünün müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********9983 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4124A olan, 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4127A olan, 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4131A olan ümumilikdə 3 (üç) ədəd qazma və ya tunel qazan maşınlarının hissələri yükünün müvəqqəti ixrac müddəti 02.11.2021-ci il tarixdə bitsə də, həmin malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı Şəxs MMC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 3 (üç) ay 6 (altı) gün sonra, yəni 08.02.2022-ci il tarixdə Bakı Baş Gömrük idarəsinə 24/24/002703 qeydiyyat nömrəli müraciət ünvanlanmışdır. ‘‘EASYDRİLL” MMC tərəfindən **********9983 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4124A olan, 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4127A olan, 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4131A olan ümumilikdə 3 (üç) ədəd qazma və ya tunel qazan maşınlarının hissələri yükünün ümumi dəyəri 95.677.00 ABŞ dolları, 1 (bir) ABŞ dolları milli valyutaya nisbətdə 1.70 manat olmaqla, 95.677.00 ABŞ dolları milli valyutaya nisbətdə 162.650.90 (yüz altmış iki min altı yüz əlli manat doxsan qəpik) manat təşkil edir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində protokol tərtib olunmuş hüquqi şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir; Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, müvəqqəti ixrac müddətinin 02.11.2021-ci il tarixində bitməsinə baxmayaraq **********9983 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4124A olan, 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4127A olan. 1 ədəd “Rhino XS” markalı seriya nömrəsi OSC1Q4131A olan ümumilikdə 3 (üç) ədəd qazma və ya tunel qazan maşınlarının hissələri yükünün müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilmədiyindən, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 40-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər; 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır; 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır; 148-ci maddəsinə əsasən gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək bəyannaməçinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏ R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri 162.650.90 (yüz altmış iki min altı yüz əlli manat doxsan qəpik) manat vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında yəni 32.530.18 (otuz iki min beş yüz otuz manat on səkkiz qəpik) AZN məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar