Məhkəmə qərarları › İş №3(009)-41/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-41/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-41/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 16 dekabr 2021-ci il tarixli 00100-2507/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı səhəri ünvan 1 ünvanında qeydiyyatda olan "X10 AZ" MMC-nin ünvanına 30AA547/30AA548, 31D85310/31D85410, 44B19310/44B19410 nömrəli avtomaşınlarla, 2100 saylı 01.06.2021- ci il tarixli və 2101 saylı 01.06.2021-ci il tarixli invoys sənədləri ilə daxil olmuş yüklər **********8238 sorğu nömrəli 05.06.2021- ci il tarixli gömrük bəyannaməsi ilə gömrük organına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı 36- cı qrafada “701 b” imtiyaz kodu altında bəyan edilmiş malların kənd təsərrüfatı təyinatlı və vergi məcəlləsinin 164.1.34- ci bəndinin tələblərinə aid olub-olmamasının müəyyən edilməsi məgsədilə 27.09.2021-ci il tarixində 1400- 012/004-25/006113 saylı məktubla X3 idarəsinə müraciət olunmuşdur. Həmin İdarədən 2200-013/003-25/004866 saylı, 01.10.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən 2101 saylı,01.06.2021 tarixli invoysun 1- ci və 4-cü mal mövqeyi üzrə idxal olunmuş “Hərəkət edən döşəməsi olmayan, təzə 6 və 3.5 ton tutumu olan kənd təsərrüfatı məhsulları üçün traktora qoşulan qoşqu” yükünün XİF MN üzrə “8716 39 500 0” saylı kod altında sinifləşdirildiyi məlum olmuşdur.Bu zaman **********8238 sorğu nömrəli,05.06.2021-ci il tarixli gömrük bəyannaməsinin 3-cü mal mövqeyi üzrə bəyan edilmiş “Hərəkət edən döşəməsi olmayan, təzə 6 və 3.5 ton tutumu olan kənd təsərrüfatı məhsulları üçün traktora qoşulan qoşqu” yükünün XİF MN üzrə “8716 39 500 0" saylı kod altında sinifləşdirildiyi təqdirdə "X10 AZ" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 491.44 AZN təşkil edir. “X10 AZ" MMC malların sərgi üçün gəldiyini və 08.06.2021-ci il tarixdə sərgidə nümayiş olunmasını bildirmiş və malların 24/24/015412 nömrəli, 08.06.2021-ci il tarixli öhdəlik məktubuna əsasən buraxılışı həyata keçirilmişdir.Lakin öhdəliyin müddətinin bitməsinə baxmayaraq öhdəliyin tələbləri icra olunmamış və yaranmış əlavə gömrük ödənişləri ödənilməmişdir. “X10 AZ" MMC-nin ünvanına (Bakı şəhəri ünvan 1) 1400-013/006-24/008613 saylı Bildiriş göndərilmiş və əlavə ödəniləcək gömrük ödənişlərinin şirkət tərəfindən ödənilməsi tələb olunmuşdur. 10.12.2021-ci il tarixdə şirkət tərəfindən ödənişlər həyata keçirilmişdir. İnzibati araşdırma zamanı Şəxs MMC-nin ünvanına 1400- 013/006-22/008614 nömrəli, 29.11.2021-ci il tarixli və 1400-013/006-24/008820 nömrəli, 08.12.2021-ci il tarixli məktub göndərilərək izahat verməsi üçün Bakı Baş Gömrük İdarəsinə dəvət edilmiş və səlahiyyətli nümayəndənin gəlməməsinin inzibati xəta haggında protokolun tərtib edilməsinə mane olmaması qeyd olunmuşdur. 15.12.2021-ci il tarixdə Şəxs MMCnin etibarnamə üzrə nümayəndəsi X6 çağırış üzrə Bakı Baş Gömrük idarəsinə gəlmiş, iş materialları barədə məlumatlandırılmış, lakin sənədləri imzalamadan Bakı Baş Gömrük idarəsini tərk etmişdir. Həmçinin Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 3(002)-60/2021 saylı, 11.03.2021-ci il tarixli gərarına əsasən Şəxs MMC İXM-nin 505-ci maddəsi ilə təgsirli bijinərək 1833.02 manat cərimə edilmiş, lakin bugünədək tənbehin icrası barədə hər hansı məlumat daxil olmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/030269 nömrəli 22.11.2021-ci il tarixli raport, **********8238 sorğu nömrəli gömrük bəyannaməsi, 01.06.2021-ci il tarixli, 2100 saylı invoys sənədi, Azərbaycan Respublikası X3 İdarəsinin 2200-013/003-25/004866 saylı məktubu və digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı X2,inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb eilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri ştq, Rəşid İsmayılov (BİLƏCƏRİ QƏS.), ev 8 ünvanında qeydiyyatda olan 'X10 AZ" MMC - nin ünvanına 30AA547/30AA548. 31D85310/31D85410, 44B19310/44B19410 nömrəli avtomaşınlarla, 2100 saylı 01.06.2021- ci il tarixli və 2101 saylı 01.06.2021 -ci il tarixli invoys sənədləri ilə daxil olmuş yüklər **********8238 sorğu nömrəli 05.06.2021- ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı 36- cı qrafada “701 b” imtiyaz kodu altında bəyan edilmiş malların kənd təsərrüfatı təyinatlı və vergi məcəlləsinin 164.1.34- ci bəndinin tələblərinə aid olub-olmamasının müəyyən edilməsi məqsədilə 27.09.2021-ci il tarixində 1400-012/004-25/006113 saylı məktubla X3 idarəsinə müraciət olunmuşdur.Həmin idarədən 2200-013/003-25/004866 saylı, 01.10.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən 2100 saylı.01.06.2021 tarixli invoysun 1-ci və 4-cü mal mövqeyi üzrə idxal olunmuş “Hərəkət edən döşəməsi olmayan, təzə 6 və 3.5 ton tutumu olan kənd təsərrüfatı məhsulları üçün traktora qoşulan qoşqu” yükünün XİF MN üzrə “8716 39 500 0” saylı kod altında sinifləşdirildiyi məlum olmuşdur.Bu zaman **********8238 sorğu nömrəli,05.06.2021-ci il tarixli gömrük bəyannaməsinin 3-cü mal mövqeyi üzrə bəyan edilmiş “Hərəkət edən döşəməsi olmayan, təzə 6 və 3.5 ton tutumu olan kənd təsərrüfatı məhsulları üçün traktora qoşulan qoşqu” yükünün XİF MN üzrə "8716 39 500 0” saylı kod altında sinifləşdirildiyi təqdirdə "X10 AZ" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 491.44 AZN təşkil edir. Şirkətin direktoru X4 malların sərgi üçün gəldiyini və 08.06.2021-ci il tarixdə sərgidə nümayiş olunmasını bildirmiş və malların 24/24/015412 nömrəli 08.06.2021-ci il tarixli öhdəlik məktubuna əsasən buraxılışı həyata keçirilmişdir. Lakin öhdəliyin müddətinin bitməsinə baxmayaraq öhdəliyin tələbləri icra olunmamış və yaranmış əlavə gömrük ödənişləri ödənilməmişdir. İş materiallarında olan X5 İdarəsinin 30 sentyabr 2021-ci il tarixli 2200-013/003-25/004866 saylı sınaq protokolundan görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, “X10 AZ " MMC-nin ünvanına 2100 və 2101 saylı ınvoyslar üzrə idxal olunan yük XİF MN-ə görə aşağıdakı kimi sinifləşdirilir, kənd təsərrüfatı təyinatlıdır və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164-cü maddəsinin 164.1 bəndinin 164.1.34 yarımbəndinə aiddir. 2100 nömrəli invoysun 1, 2-ci mövqeləri üzrə gübrə səpən qurğular 8432 41 000 0, 3, 4-cü mövqeləri üzrə Tütünün qurudulması üçün avadanlıq 8419 31 000 0, 2101 nömrəli invoysun 1, 4-cü mövqeləri üzrə Hərəkət edən döşəməsi olmayan, təzə 6 və 3.5 ton tutumu olan kənd təsərrufätrmohs'ülläri üçün traktora qoşulan qoşqu 8716 39 500 0, 2, 3-cü mövqeləri üzrə Heyvan yemi hazırlayan qurğular 8436 10 000 0, 5, 6-cı mövqeləri üzrə gübrə səpən qurğular 8432 41 000 0, 7, 8-ci mövqeləri üzrə Heyvan yemi xırdalayan qurğular 8436 10 000 0, 9-cu mövqey üzrə Heyvan yeminin qabığını təmizləyən XİF MN üzrə kodu 8436 10 000 0 kod altında sinifləşdirilir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/030269 saylı 22.11.2021-ci il tarixli raportun icrası ilə əlaqədar bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ştq, Rəşid İsmayılov (BİLƏCƏRİ QƏS.), ev 8 ünvanında qeydiyyatda olan "X10 AZ" MMC - nin ünvanına 30AA547/30AA548, 31D85310/31D85410, 44B19310/44B19410 nömrəli avtomaşınlarla, 2100 saylı 01.06.2021- tarixli və 2101 saylı 01.06.2021-ci il tarixli invoys sənədləri ilə daxil olmuş yüklər **********8238 sorğu nömrəli 05.06.2021- ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı 36- cı qrafada “701 b” imtiyaz kodu altında bəyan edilmiş malların kənd təsərrüfatı təyinatlı və vergi məcəlləsinin 164.1.34- : bəndinin tələblərinə aid olubolmamasının müəyyən edilməsi məqsədilə 27.09.2021-ci il s'ixində 1400-012/004-25/006113 saylı məktubla X3 idarəsinə “jraciət olunmuşdur. Həmin idarədən 2200-013/003-25/004866 saylı, 01.10.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən 2101 saylı, 01.06.2021 tarixli invoysun 1-ci və 4-cü mal mövqeyi üzrə idxal olunmuş “Hərəkət edən döşəməsi olmayan, təzə 6 və 3.5 ton tutumu olan kənd təsərrüfatı məhsulları üçün traktora qoşulan qoşqu” yükünün XİF MN üzrə “8716 39 500 0” saylı kod altında sinifləşdirildiyi məlum olmuşdur. Bu zaman **********8238 sorğu nömrəli, 05.06.2021-ci il tarixli gömrük bəyannaməsinin 3-cü mal mövqeyi üzrə bəyan edilmiş “Hərəkət edən döşəməsi olmayan, təzə 6 və 3.5 ton tutumu olan kənd təsərrüfatı məhsulları üçün traktora qoşulan qoşqu” yükünün XİF MN üzrə “8716 39 500 0” saylı kod altında sinifləşdirildiyi təqdirdə "X10 AZ" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 491.44 AZN təşkil edir. Şəxs MMC-nin ünvanına 29.11.2021-ci il tarixli bildiriş göndərilmiş, lakin şirkət tərəfindən ödəniş həyata keçirilməmişdir. İş materiallarında olan Qaradağ RayonMəhkəməsinin 11.03.2021-ci il tarixli 3(002)-60/2021 saylı qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ödənilməli olan 615.86 (iki min altı yüz on beş manat 89 qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 1833.02 (bir min səkkiz yüz otuz üç manat iki qəpik) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan 491.44 AZN (dörd yüz doxsan bir manat qırx dörd qəpik) gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 344 (üç yüz qırx dörd) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar