Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-411/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraklı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 yanvar 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, “BC” kateqoriyalı sürücülük hüququna malikdir və uzun müddətdir avtomobil idarə edir. 13 yanvar 2021-ci il tarixdə saat 13:30 radələrində özünə məxsus etibarnamə ilə idarə etdiyi “Renault” markalı, **-KM-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu, yeni Bakı-Səlyan şossesi ilə, Bibiheybət məscidi istiqamətindən şəhər istiqamətinə doğru hərəkət edirmiş. Həmin yolun hərəkət istiqaməti üç zolaqdan ibarətdir, o isə həmin zaman sağ birinci zolaqla hərəkət edirmiş. Sağ zolaqla hərəkətdə olan zaman qarşıda yerləşən, yəni “Jurnalistlər binası” adlanan binanın qarşısında yerləşən işıqfordan, dairə edib geriyə qayıtmaq üçün yerdəyişmə edib sol zolağa çıxmağa başlamışdır. Sol zolağa çıxan zaman onunla eyni hərəkət istiqamətində, lakin sol zolaqla hərəkət edən mopedin hərəkətdə olmasını görmədiyi üçün yerdəyişmə edib sol zolağa çıxan zaman həmin mopedlə toqquşmağı nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hərəkətdə olan zaman dairə etmək üçün sol zolağa çıxan zaman sol güzgü ilə arxaya baxdıqda arxadan hər-hansı bir nəqıiyyat vasitəsinin hərəkətdə olmasını görmədiyi üçün onda əminlik yaratmış və yerdəyişmə edib sol zolağa çıxdıqda arxadan sol zolaqla hərəkətdə olan mopedi görmədiyim üçün yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə zamanı mopedin sürücüsünün bir qədər xəsarət almasını görüb avtomobildən düşüb həmin sürücüyüə köməklik göstərmişdir. Bundan sonra təcili tibbi yardım çağırmışdır. Həmçinin hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, hadisə zamanı avtomobili saatda 70 km/saat sürəti ilə idarə etmişdir. Özünü təqsirli bilir, əməlindən peşmandır. Həmçinin ağ ciyərlərinin vərəmi xəstəliyindən əziyyət çəkdiyini və maddi imkanın aşağı olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 mart 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yerdəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - İnzibati Xətaiat Məcəlləsinin 327.1-327.6, 328, və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zəzərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsaərətinin yetirməsinə görə) inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə-tibbi ekspertizasının 20 saylı rəyindən görünür ki, X1 bədənində müəyyən edilmiş xəsarətlər- sol diz oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi və qançırı, eləcə də, hər iki diz oynağı nahiyyələrinin ön səthələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 13.01.2021-ci il tarixli yol nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedin avtomaışnla toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddilər. Sərxoşluq halların bütün növlərini təyin edən tibbi müayinə protokollarından görünür ki, Şəxs və X2 ayıqdır. Materiala əlavə edilmiş stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Şəxs ağ ciyərlərin vərəmi diqnozu qoyulmuşdur. Beləliklə, müəyyən edilmişdir ki, sürücü Şəxs 13.01.2020-ci il tarixdə saat 13.30 radələrində özünə məxsus etibarnamə ilə idarə etdiyi “Renault-12” minik markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Yeni-Bakı Səlyan yolu ilə, Bibiheybət məscidi istiamətindən şəhər istiqamətinə doğru sağ birinci zolaqla hərəkətdə olan zaman qarşıda yerləşən işıqfordan dairə edib geriyə qayıtmaq üçün yerdəyişmə edib sol zolağa çıxmış, sol zolağa çıxan zaman onunla eyni hərəkət istiqamətində, lakin sol zolaqla hərəkət edən mopedin hərəkətdə olmasını görmədiyi üçün yerdəyişmə edib sol zolağa çıxan zaman X1 idarə etdiyi “Huaju” markalı mopedlə toqquşmuş, toqquşma nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-411/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-411/2021
18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver