Məhkəmə qərarları › İş №3(009)-415/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-415/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-415/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1978-ci ildə Füzuli şəhərində anadan olmuş, Füzuli şəhərində qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən daxil olmuş MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə təxminən saat 16 radələrində Səbail rayonu, Gülbala Əliyev küçəsində **-XR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olduğu zaman DYP əməkdaşı Şamxal Rzayev tərəfindən saxlanılaraq şərxoş olduğu aşkar edilmiş, polis əməkdaşı müayinədən keçmək üçün intizama dəvət etsə də, uca səslə nəlayiq uifadələr işlədərək tabesizlik göstərmişdir. Bununla da Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs özünü inzibati xəta törətməkdə qismən təqsirli bilərək göstərmişdir ki, baş verən hadisədən peşmandır, üzr istəyir bir daha belə hərəkətlərə yol verməyəcək. Səbail rayon Polis İdarəsinin DYPŞ-nin baş leytenantı X3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Gülbala Əliyev küçəsində hərəkət edən Range Rover markalı avtomaşının sürücüsünü kəmərsiz nəqliyyta vasitəsini idarə etdiyinə görə saxlamış, sürücüdə sərxoşluq əlamətləri olduğu üçün müayinədən keçməyə dəvət edilmiş, lakin sürücü sonradan adını bildiyi Şəxs onun bu qanuni tələblərinə tabe olmamış, yüksək səslə nalayiq ifadələr işlətdiyini bilmişdir. Bakı şəhəri Səbail RPİ-nin ƏÇPA-nın polis nəfəri X1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən saat 16 radələrində Səbail rayon Polis İdarəsinin növbəti hissəsindən daxil olan məlumat əsasında Gülbala Əliyev küçəsinə getmiş orada sonradan adını bildiyi Şəxs DYP-nın əməkdaşına tabesizlik göstəməsini və yüksək səslə mübahisə etdiyinin şahidi olmuşdur. Həmin şəxs nizam-intizama dəvət edilməsinə baxmayaraq öz hərəkətlərini davam etmiş və bölməyə gətirilərək müvafiq raport yazmışdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını, şahid ifadələrini dinləyib, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibi mövcuddur. Beləliklə tərtib edilmiş protokolla, iş materialları ilə Şəxs tərəfindən inzibati xətaları törətməsi faktı tam sübuta yetirilir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətdiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını, yəni Şəxs polisin qanuni tələblərinə riayət etməyərək öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə tabe olmamaqla, nalayiq ifadə işlədib xırda xuliqanlıq etməsini, məcburi köçkün olmasını, törətdiyi əməldən səmimi peşmançılığını polis işçilərindən üzr istəməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və AR İXM-nın 34.3-cü maddəsinə əsasən onun barəsində AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar