Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-418/2022 17.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, dalan 1, ev 6, mənzil 1-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən borclu Sadıqlı X3 rayon Məhkəməsinin 2(010)- 5375/2019 saylı 15.11.2019-cu il tarixli icra sənədini üzrlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki,2019-cu ildə icra sənədi icra şöbəsinə daxil olmuş, həmin icra sənədi üzrə Şəxs və Samirə Ocaqverdiyevadan müştərək qaydada Qeyrət Aqro şirkətin xeyrinə 3000 manat məbləğində pul tutulmalıdır. Bu müddət ərzində icra sənədi üzrə yalnız 200 manat ödəniş edilmişdir. Borclu Şəxs polis orqanlarında xidmət etmiş və ordan çıxarılmışdır, hazırda heç bir yerdə işləmir. Borcluya məxsus və tələbin yönələ biləcəyi əmlaklarla bağlı müvafiq orqanlara sorğular verilmiş, hər hansı əmlak aşkar çıxarılmamışdır. Lizinq obyekti tələbkara geri qaytarılmışdır. Tələbkarın təkidi və 2 ildən artıq müddətdə icra işi icraatda olduğu üçün hazırki protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 10 il daxili işlər orqanlarında işləmiş, sonra işdən azad olunmuşdur, 3 övladı var, heç bir yerdə işləmir, hazırda 200 manat da ödəniş edə bilər. O, pulu ödəməkdən imtina etmir. Bu günədək pulun ödənilməməsi maddi imkansızlıq ucbatındandır, hazırda taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır, qazancının bir hissəsini mütəmadi ödənişlərə verəcək. O, məhkəmədən göstərilən halların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Suraxanı rayon Məhkəməsinin 2(010)-5375/2019 nömrəli, 15.11.2019-cu il tarixli İcra sənədi üzrə borclu Qeyrət Aqro şirkəti ilə X2 arasında bağlanmış 27.06.2017-ci il tarixli 19 saylı alqı-satqı müqaviləsi və Şəxs arasında bağlanmış 27.06.2017-ci il tarixli 19 saylı zaminlik müqaviləsi ləğv edilməlidir. Cavabdehlər X1 və Şəxs müştərək qaydada əsas borc üzrə 3000 manat, 50 manat cərimə və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Qeyrət Aqro şirkətinə ödənilməlidir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Səbail rayon İcra şöbəsi tərəfindən Şəxs tələbin könüllü icrası barədə bildiriş təqdim edilməsinə, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq, borclu icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bundan sonra işə məhkəmədə baxıldığı vaxt barəsində iş üzrə inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tələbkara olan borcundan 200 manat ödəniş etməyə hazır olduğunu, mütəmadi olaraq ödənişlər edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədi üzrə tələbkara olan borcunu etiraf etməklə ödəməkdən imtina etməmişdir, lakin maddi vəziyyəti ilə bağlı olaraq ödənişi birdəfəlik həyata keçirə bilmir. Belə olan halda, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Maddi cəhətdən imkanının olmaması bu günədək ödənişlərin edilməməsinə səbəb olmuş və məhkəmə iclasında icra məmuru tərəfindən də etiraf olunmuşdur ki, icra mərhələsində borcuya məxsus tələbin yönələ biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanmış inzibati icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-418/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-418/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver