Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-418/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 328.4 və 332.4cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6, 328.4 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş 26 mart 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarında olan izahatlardan müəyyən edilir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan xx.xx.2005-ci il təvəllüdlü Şəxs atası X1 etibarnamə əsasında məxsus olan Toyota Prius markalı **-HG-*** dövlət nömrə nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində saatda 90 km/saat sürəti ilə Neftçilər prospekti ilə hərəkət edib Azneft dairəsinə daxil olub Niyazi küçəsi ilə yoluna davam etmək istəyən zaman asvalt örtüyü yaş olması səbəbindən idarəetməni itirərək ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə sürücü X5 etibarnamə əsasında idarə etdiyi Chevrolet Nexia minik markalı, **-AK-*** dövlət nömrə nişanlı avtomobilin arxa sag yan hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində sonuncu avtomobilin sərnişini olan X4 yüngül bədən xəsarətinin və X2 dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetiriliməsinə və sürücü X6 maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-in 54.6-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. Azərbaycan Respublikasının İXM-in 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Azərbaycan Respublikasının İXM-in 66.1-ci maddəsinə əsasən İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Azərbaycan Respublikasının İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (xx.xx.2005-ci il təvəllüd) yetkinlik yaşına çatmadığından və o, qanuni nümayəndə və yaxud müdafiəçi ilə təmsil edilmədiyindən barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 328.4 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon X3ytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 328.4 və 332.4-cü maddəsi ilə tərtib edilmiş 26 mart 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon X3ytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-418/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-418/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver